Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:56

Çal-çağırla sökülən villalara görə daha bir həbs


«Dostluq» parkı
«Dostluq» parkı

"Dostluq" parkında torpaqların satılmasına görə təqsirləndirilən üç nəfərdən daha biri həbsə alınıb. Həmin ərazidəki villaları Prezident İlham Əliyevin göstərişindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çal-çağırla sökdürmüşdü. Bu iş üzrə 7 saylı Mənzil-İstismar Sahəsinin rəisi Famil Quliyev, Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov və daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Tərlan Hüseynov cinayət məsuliyyətinə cəlb olunublar. Xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxılır.

“EKSPERTİZA KEÇİRİLMƏYİB”

"Dostluq" parkında villaları Prezident İlham Əliyevin göstərişindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çal-çağırla sökdürmüşdü.

Təqsirləndirilən şəxslərdən Tərlan Hüseynovun barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Lakin bu iş üzrə sentyabrın 16-da keçirilən məhkəmə iclasında o, yenidən həbs olunub.

Bundan əvvəl isə Tərlan Hüseynovun vəkili İlhamə Həsənova məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırıb. Müdafiəçi vəsatətini belə əsaslandırıb:

“«Dostluq parkı» deyilən ərazinin Dövlət Torpaq Fonduna aid olub-olmadığını müəyyənləşdirmək üçün istintaq zamanı ekspertiza keçirilməyib. Amma bu adamlara dövlət mülkiyyətində olan torpaqların satılması ittihamı irəli sürülüb. Həmin torpaqların dövlət mülkiyyətində olub-olmadığı müəyyənləşdirilmədən belə bir ittiham vermək nə dərəcədə doğrudur? Müdafiə etdiyim şəxsə 19 epizod üzrə ittiham verilib. Amma həmin epizodlardakı torpaq sahələrinin əksəriyyəti “Dostluq" parkının ərazisində deyil.

Buna da bax:​ Qanunsuz villalara görə də "JEK" müdiri mühakimə olunur

Vəkil: «Bu adamlara verilən ittihamlardan biri də budur ki, onlar sənədləri, imzaları saxtalaşdırmaqla torpaqları satıblar».

Bu adamlara verilən ittihamlardan biri də budur ki, onlar sənədləri, imzaları saxtalaşdırmaqla torpaqları satıblar. Lakin imzaları saxtalaşdırıldığı deyilən adamlar əsas şahidlər olsalar da, məhkəmədə dindirilmədilər”, vəkil bildirib.

“TİKİNTİYƏ NECƏ GÖZ YUMULUB?”

“İstintaq materiallarına görə, həmin ərazidə torpaqların satışına 2003-2004-cü illərdən başlanıb, villalar tikilib. Necə demək olar ki, bütün bunlar Bakı Şəhər İcra Hakimiyyətinin nəzərindən kənarda qalıb? Əslində isə bir sıra hallarda məsələlər icra hakimiyyəti ilə razılaşdırılıb. Ancaq icra hakimiyyətinin səlahiyyətli şəxsləri nə istintaqda, nə də məhkəmədə dindirilib. Orada o qədər villaların tikilməsinə necə göz yumulub? Məhkəmə istintaqı təzələnməli və bütün bu məqamlara aydınlıq gətirilməlidi", müdafiəçi sözlərinə əlavə edib.

Vəkil: «Necə demək olar ki, bütün bunlar Bakı Şəhər İcra Hakimiyyətinin nəzərindən kənarda qalıb? Əslində isə bir sıra hallarda məsələlər icra hakimiyyəti ilə razılaşdırılıb».

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətin əleyhinə çıxıb. Prokuror bildirib ki, şahidlərin dindirilməsi ilə bağlı hər hansı bir irad var idisə, məhkəmədə ifadələr elan olunanda deyilməli idi: "Torpaqlar 2010-cu ildən sonra satılıb, sadəcə, köhnə tarixlə. Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı iş istintaq zamanı ayrılıb və bu məsələlər də araşdırılır”.

Məhkəmə vəsatəti təmin etməyib.

Buna da bax:​ Torpaq tutulmasına görə sərt cəzalar

TƏQSİRLƏNDİRİLƏN HƏBS OLUNUB

Daha sonra məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev müdafiə çıxışı mərhələsinin başlandığını elan edib və vəkillərə çıxış etməyə söz verib. Çıxış üçün söz İlhamə Həsənovaya veriləndə o deyib ki, Tərlan Hüseynov müdafiəçi kimi ondan imtina etmək istəyir. Buna görə də özü müdafiə çıxışı etmək istəmir.

Hakim Tərlan Hüseynovun barəsində qətimkan tədbirinin dəyişdirilib həbslə əvəz olunması haqda qərarı elan edib. O, məhkəmə zalında həbs olunub.

Bundan sonra hakim məhkəmədə qısa fasilə elan edib və ardınca Tərlan Hüseynovun barəsində qətimkan tədbirinin dəyişdirilib həbslə əvəz olunması haqda qərarı elan edib. O, məhkəmə zalında həbs olunub.

Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.

Buna da bax:​ «Dostluq» parkını satan saxlanılıb

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxslərdən Etibar Məmmədova 11 il, Famil Quliyevə 10 il, Tərlan Hüseynova 10 il 6 ay həbs cəzası istəyib.

İlham Əliyev ötən ilin mayında «Dostluq» parkındakı villaları "qanunsuz" adlandırmışdı. Daha sonra villaları musiqi sədaları altında sökdürən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirmişdi ki, sökülən villaların yerində 10 mindən çox ağac əkiləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG