Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

-

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən «Dostluq» parkının ərazisində qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən işadamı saxlanılıb.

report.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1972-ci il təvəllüdlü Tərlan Hüseynov tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıldığı bildirilir.

Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

Tərlan Hüseynovun hüquqi nümayəndələri həbs-qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər.

Məlumatda o da deyilir ki, Tərlan Hüseynovun saxlanılması əməliyyatı məxfi şəraitdə aparılıb. Əməliyyata isə BŞBPİ-nin rəisi Mirqafar Seyidov özü birbaşa rəhbərlik edib.

Prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə «Dostluq» parkında qanunsuz tikilən villaların sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi.

Həmin parkdakı villaların söküntüsünə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG