Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

-

Ölkə parlamenti torpaqların qanunsuz tutulmasına görə, cəzaları sərtləşdirir.

Martın 30-da parlamentin Aqrar siyasət komitəsi bununla bağlı təklifləri müzakirə edib.

AZƏRTAC-ın xəbərinə görə, cəzaların sərtləşdirilməsi ilə bağlı Torpaq Məcəlləsinə dəyişikliklər ediləcək.

Layihəyə əsasən, məcəllənin 110-cu maddəsi dəyişdirilir. Yeni mətndə torpaq hüquqpozmalarına yol vermiş şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyacaqlar. Torpaq qanunvericiliyinin pozulmasının hər bir konkret halına görə, cəza nəzərdə tutulur.

Müzakirələr zamanı Aqrar komitənin sədri Eldar İbrahimov dəyişiklik təkliflərinin qəbulunun ölkədə torpaqların qanunsuz tutulmasının qarşısını alacağını deyib.

Komitə layihə təklifini məqbul sayaraq parlamentin müzakirəsinə göndərib.

Hazırda qüvvədə olan qanunvericilik torpaq hüquqlarının pozulmasına görə, cəzaları konkret olaraq ayırmır. Dəymiş zərərin ödənilməsini, torpaq hüquqları ilə bağlı qanunsuz razılaşmaların etibarsız sayılmasını nəzərdə tutur.

Buna da bax: Sizcə, qanunsuz villaların sökülməsi, yoxsa onlardan ictimai ehtiyaclar üçün istifadə daha doğru yoldur?

Günün bütün mövzuları

XS
SM
MD
LG