Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:28

Zərərçəkmiş: 'Kəndə şəhid gələndə bələdiyyə sədri məndən pul aldı'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

“Kəndə şəhid gələndə bələdiyyə sədri məndən 5 min manat aldı, amma qaytarmadı”, - Abşeron rayonu, Məhəmmədi kənd sakini Rüfət Talıbovun sözləridir.

O, avqustun 22-də məhkəmədə zərərçəkmiş qismində dindirilib.

Talıbov Məhəmmədi kəndinin keçmiş bələdiyyə sədri Vaqif Nəbiyev haqqındakı cinayət işində zərərçəkmiş sayılır. Keçmiş bələdiyyə sədri bir neçə vətəndaşı aldadıb pullarını ələ keçirməkdə suçlanır. Ona CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Buna da bax:​ 'Pulumu qaytarmaq əvəzinə məndən Mədət Quliyevə məktub yazıb'

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

“Bəlkə də həbs olunmasaydı, sənədləri verəcəkdi”

Sabiq bələdiyyə sədri özünü təqsirli bilmir. İş üzrə zərərçəkmiş qismində tanınanların bir neçəsindən pul aldığını təsdiqləsə də, dələduzluq etmədiyini, borc aldığını və qaytaracağını söyləyir.

Zərərçəkmiş İlham Həmidov avqustun 22-də məhkəmədə deyib ki, torpaq sahəsi almaq üçün bələdiyyə sədrinə 15 min dollar verib, amma az sonra onun həbs edildiyini eşidib. Ona görə də indi birmənalı deyə bilmir ki, bələdiyyə sədri onu aldadıb, yoxsa yox: “Bilmirəm, bəlkə də həbs edilməsəydi, torpağın sənədlərini verəcəkdi”.

Buna da bax: Zərərçəkmiş: 'Nazir müavininin oğlu 20 qəpiklik malı dövlətə...'

Zərərçəkənin sözlərinə görə, bələdiyyə sədrini Müsəllim adlı qohumu vasitəsi ilə tanıyıb. 15 min dolları da 2016-cı ilin mayında, 30 sot ərazidən ötrü verib: “Pul lazım olduğunu dedi, ona görə mən də əvvəldən verdim”.

İlham Həmidov 15 min dolları Vaqif Nəbiyevə notarial şəkildə verib, amma müqavilədə borc verildiyi yazılıb.

Elə sabiq bələdiyyə sədri də həmin pulu borc aldığını və yaxın zamanda qaytaracağını deyir. Təqsirləndirilən şəxsin sözlərinə görə, o, tanışı Müsəllimdən borc istəyib, amma pulu İlham Həmidovdan alıb.

Buna da bax:​ SOCAR-ın vitse-prezidentinin adı dələduzluq işində hallanır

Həmidov isə söyləyir ki, müqavilədə borc verildiyi yazılsa da, əslində, torpaqdan ötrü verilib: “Heç kim bir neçə ay tanıdığı adama 15 min dollar borc verməzdi”.

“Aldı, amma qaytarmadı”

Rasim İsmayılov adlı zərərçəkənsə məhkəməyə məktub göndərərək yazıb ki, sabiq bələdiyyə sədrindən şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilib.

Başqa bir zərərçəkmiş Rüfət Talıbovsa məhkəməyə 28 min 800 manatlıq mülki iddia təqdim edib və bu pulun qaytarılmasını istəyib. Deyib ki, bu pulu torpaq sahəsi almaqdan ötrü vermişdi. Zərərçəkmiş iddia edib ki, sabiq bələdiyyə sədrinin 5 min də ayrıca borcu var: “Kəndə şəhid gəlmişdi. Bələdiyyə sədri məndən pul istədi. 5 min verdim, amma qaytarmadı...”.

Buna da bax:​ 'Qaçqınkom'un əməkdaşı son sözündə üzr istəsə də, gec idi...

Məhəmmədi kənd bələdiyyəsinin sədri olmuş Vaqif Nəbiyev Ülviyyə Abdalova adlı qadının şikayəti əsasında saxlanılıb. O, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətində yazıb ki, bələdiyyə sədri ondan 353 min manat pul alıb və qaytarmayıb.

Vaqif Nəbiyev öncə həbs olunsa da, sonradan istintaq və məhkəmə dövrü üçün ev dustaqlığına buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG