Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:58

'Qaçqınkom'un əməkdaşı son sözündə üzr istəsə də, gec idi...


Məhkəmə qarşısında

“Mən əməlimə görə vicdan əzabı çəkirəm. O insanlara qarşı belə bir iş tutduğuma görə utanıram. Mən sizdən bağışlanmağımı istəyirəm...”, – Gülnarə Muxtarovanın məhkəmədə son sözündəndir.

O, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri olub. Özü “Qaçqınkom”un işçisi olmuş Gülnarə Muxtarova elə qaçqınlar və məcburi köçkünlərdən bağışlanmasını istəyir. Çünki 29 məcburi köçkün ailəsini adlarını ev veriləcək şəxslərin siyahısına saldırmaq adıyla aldadıb, onların toplam 181 min manatını mənimsəməkdə suçlanır.

Buna da bax:​ 30 köçkünü necə aldadıb 139 min manatlarını ələ keçiriblər?

Vətəndaşları aldadıb, onlara külli miqdarda ziyan vurmaqla dələduzluqda suçlanan Gülnarə Muxtarovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bu iş üzrə zərərçəkənlər məcburi köçkünlərdir. Məhkəmənin gedişində onlar məhkəməyə müraciət edərək, “Qaçqınkom”un yüksək vəzifəli şəxslərinin də məsuliyyətə cəlb olunmasını istəmişdilər. Çünki onlar hesab edirlər ki, Gülnarə Muxtarova bu işi təkbaşına görməyib, alınan pullar “Qaçqınkom”da müəyyən adamlara çatıb.

PULLARI ÖZÜ ALIB, HEÇ KİMƏ VERMƏYİB

Hakim zərərçəkənlərin müraciətindən sonra Gülnarə Muxtarovadan bu işi təkbaşına, yoxsa kiminləsə birlikdə gördüyünü soruşub. Təqsirləndirilən qadın bildirib ki, pulları özü alıb, heç kimə də verməyib.

Buna da bax:​ Məcburi köçkün: İndi yolu bağlayırsan da, gələn olmur

Mayın 30-da Gülnarə Muxtarova məhkəmədə son sözünü deyib. O, əməlindən peşman olduğunu və vicdan əzabı çəkdiyini söyləyib: “Mən əməlimə görə vicdan əzabı çəkirəm. O insanlara qarşı belə bir iş tutduğuma görə utanıram. Mən sizdən bağışlanmağımı istəyirəm. Rəhimli olan Allah da yəqin ki, məni bağışlayar. Aldatdığım insanlar da bəlkə gün gələr, məni bağışlayar. Bu əməlimə görə ömür boyu əzabla yaşayacağam”.

Hakimlərin qısa müşavirəsindən sonra Gülnarə Muxtarovanın 9 il azadlıqdan məhrum edildiyi elan olunub.

Hökmdən o da bəlli olub ki, zərərçəkmişlərdən yalnız bir nəfərə dəymiş zərərin cüzi hissəsi ödənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG