Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 13:21

Məcburi köçkün: İndi yolu bağlayırsan da, gələn olmur 


Məcburi köçkünlərin etirazı, Bakı

Köçkün: “Cavan qız, oğlan – hərənin əlində bir aftafa...”

Dərnəgüldəki yataqxanada məskunlaşan məcburi köçkünlər buradan köçmək istəyirlər

“Əlimizdən yol bağlamaqdan başqa nə gəlir ki?! Bu yolu o qədər bağlamışıq ki... Əvvəllər bağlayırdıq, məmurlar qaça-qaça gəlir, ən azı, dinləyirdilər. Yalandan da olsa, qələm-kağız götürüb, problemlərimizi qeyd edirdilər. İndi yolu bağlayırsan, heç gələn də olmur”.

Buna da bax: Siçovullar arasında yaşayan köçkünlər... [Video]​

Nəsrəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetinin Dərnəgüldə yerləşən 1 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlər AzadlıqRadiosuna üz tutblar. Onlar məskunlaşdıqları yataqxana binasının uçub-tökülməsindən narahatdılar. Köçkün Zaur Əsgərov deyir, istismar müddətini çoxdan başa vurmuş bina qəzalıdır. Burada yaşayanların bir istəyi var – başqa yerə köçürülmək:

“Binada kanalizasiya xətləri çoxdan çürüyüb sıradan çıxıb, bütün çirkab suları zirzəmiyə dolur. Özümüz qurğu gətizdirib suyu çəkdiririk. Üfunətdən dəhlizə çıxmaq olmur. Onsuz da zorla ayaqda dayanan binanın təməlini bir az da zirzəmi suları yuyub aparır”.

Xacalıdan olan məcburi köşkünlər, təhlükəli şəraitdə yaşayırlar, Bakı ,7 aprel 2014
Xacalıdan olan məcburi köşkünlər, təhlükəli şəraitdə yaşayırlar, Bakı ,7 aprel 2014

“6 ildir nişanlıdır... Necə evləndirim?”

Yaşayışa əlverişsiz darısqal otaqlarda, azı, 5-6 nəfər yaşayır. Ailə üzvləri artdıqca durum daha da çətinləşir. Yataqxana sakinlərindən soyadını bildirməyən Zəminə xanımın sözlərinə görə, 6 ildir nişanladığı oğlunu evləndirə bilmir:

“Səidin 32 yaşı var. 6 ildir nişanlıdır. Səiddən başqa iki oğlum da var. Biri əsgərlikdən yeni qayıdıb. Biri də tələbədir. Hamımız bir otaqda qalırıq. İndi mən Səidi necə evləndirim? Gəlini bu bir ortağa necə gətirim? Övladlarımın üçü də ali təhsillidir. İş üçün müraciət etmədikləri yer qalmayıb. Bir oğlum diplomu kənara atıb bir şirkətə sürücü düzəldi. Sürücü işi tapdığına görə uşaq kimi sevinirdi. Düşünürdü ki, işləsin, kirayə ev tutsun, bizdən ayrılsın. İkicə ay maaş aldı. Sonrakı altı ayı maaşsız işlədi, eləcə boş yerə yolpulu, yeməkpulu xərclədi. 6 ayın maaşı üçün 8 aydır gedib gəlir, ala bilmir. Deməyim odur ki, stabil iş, maaş da yoxdur ki adamlar arxayın olub kirayə ev tutsunlar, ailə qursunlar”.

Buna da bax: Köçkün ailəsi iki gündür küçədə gecələyir

“Hərənin əlində bir aftafa...”

Sakinlərdən adının çəkilməsini istəməyən bir başqa xanım deyir:

“Tualetdə su gəlmir, kanalizasiya xətləri çürüyüb. Səhər otaqdan çıxırsan, cavan qız, oğlan – hərənin əlində bir aftafa... Hamı bir-birindən utana-utana, heç kim başını qaldırıb bir-birinin üzünə baxa bilmir. Analar uşaqları elə dəhlizdə çimizdirir. Qışda yataqxana buz kimi olur, adamlar, ümumiyyətlə, çimə bilmirlər. Vallah, nə deyim, çox pis vəziyyətdə yaşayırıq”.

Binada qaz yoxdur, köçkünlər elektrik cihazlarından yararlanırlar. İşıq xətləri də çürük-çürük... Demələrinə görə, dəhlizlərdəki naqillər dəfələrlə alışıb, 3 il əvvəlsə binanın bir hissəsində uçqun olub.

Rəsmi məlumatlara görə...

İndi Bakıda təxminən 200 min məcburi köçkün yaşayır. Onların da bir hissəsi tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar.

Gəncə
Gəncə

“Qaçqınkom” bildirir ki, Bakıda Müşfiqabad və Mehdiabad qəsəbələrində köçkün şəhərcikləri salınıb. Ancaq bütün köçkünləri həmin şəhərciklərə yerləşdirmək mümkün deyil.

Prezident İlham Əliyev bu ilin yanvarında keçirdiyi müşavirələrdən birində deyib ki, bu ildən inşa olunacaq növbəti şəhərciklərə yataqxanalarda məskunlaşan köçkünlər köçürüləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG