Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:24

'Pulumu qaytarmaq əvəzinə məndən Mədət Quliyevə məktub yazıb'


Manat
Manat

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı olmuş Aliyə Cahangirova dələduzluq suçlaması ilə hakim önünə çıxarılıb.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Tamilla Nəsrullayevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'MTN işi'ndə zərərçəkənlər prezidentdən kömək istəyir

Fevralın 17-də prokuror ittiham aktını açıqlayıb. Məlum olub ki, Aliyə Cahangirova iki bacının - Mehparə Sadıqovanın - 70 min, Gülnarə Naibovanınsa - 18 min 500 manat pulunu alıb, onları aldatmaqda günahlandırılır. Cinayət işinin materiallarına əsasən, bu pullar nəşriyyatda iş qurmaq adı istənib.

Bacılar iş üzrə zərərçəkmiş qismində tanınıblar.

"Elm" nəşriyyatı yaratmaqdan danışırdı"

Aliyə Cahangirova ittihama münasibət bildirərkən, özünü təqsirli saymayıb.

Buna da bax: Prezidentdən çoxdan gözlənilən qərar gəldi [video]

Zərərçəkən Mehparə Sadıqova bir müddət əvvələdək Penitensiar Xidmətdə inspektor çalışıb. Dediyinə görə, aralarında mübahisə törənəndən sonra Aliyə Cahangirova ondan Penitensiar Xidmətin rəhbərliyinə şikayətlər göndərib və o öz ərizəsiylə işdən çıxmağa məcbur qalıb.

İxtisasca psixoloq olduğunu söyləyən Mehparə Sadıqova deyib ki, atasının yas mərasimində 1998-ci ildən tanıdığı Aliyə Cahangirova ilə münasibətləri daha da yaxınlaşıb. Kitab çapı ilə məşğul olduğunu söyləyən A. Cahangirova bir neçə dəfə ondan 2 min 500 manat borc alıb, qaytarıb. O, günlərin birində "Elm" nəşriyyatı yaratmaq istədiyini və 150 min manatlıq çap maşınının dəyərindən ucuz - 80 minə satıldığını söyləyib: "Mən də ona dedim ki, bu qədər pulum yoxdur, amma sonradan tanışlarımdan pul tapıb verdim. Mənim Aliyə ilə iş qurmaq fikrim olmayıb. Pulu da ona kömək məqsədilə vermişəm, çünki pul qazanıb mənə borcunu da qaytaracaqdı".

Buna da bax:​ 'Mərkəzi Bankın vəzifəliləri də cəzalandırılmalıdır'

Zərərçəkən deyir ki, pulu verəndən bir müddət sonra ortada heç nə olmadığını görərək, aldadıldığını anlayıb: "Aliyədən soruşurdum ki, çap maşınları hanı? Pulunu almısan, maşınları da mənə göstər. Hər dəfə bir bəhanə gətirir, hər dəfə bir nəşriyyat yeri göstərirdi".

"14 il işlədiyim yerdən çıxmalı oldum"

Vəsaiti başqalarından avro və dollarla borc götürdüyünü deyən zərərçəkən pulun qaytarılmasını tələb edir və mənəvi zərbə aldığını da sözlərinə əlavə edir: "Mən Aliyənin tutulmasını istəmirdim. Bacıma yalvardı ki, onu bağışlayım, mən də müstəntiqə zəng eləyib dedim. Mənə işdən zəng gəldi. Getdim, məlum oldu ki, Aliyə məndən keçmiş rəisimiz Mədət Quliyevə (hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəridir – red.) şər-böhtan xarakterli məktub yazıb. Elə mənim özümə də hədə-qorxu mesajları yazırdı. Məni bu hadisələrdən sonra iki dəfə infarkt vurub. 14 il işlədiyim yerdən öz ərizəmlə çıxası oldum. İndi burada günahını etiraf eləmir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG