Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:25

Jurnalist prezidentdən əfv olunmasını istəyir


Azərbaycan prezidenti İlham Əliyev

“Azadlıq” qəzetinin bölgə müxbiri olmuş Ərşad İbrahimov əfv olunması üçün ölkə başçısına müraciət edib. (Turan)

Ə.İbrahimov cəzasının yarısından çoxunu çəkməsinin nəzərə alınmasını xahiş edib.

Əfvlə bağlı müraciətdə jurnalistin həm də Qarabagda döyüşməsinin, məcburi köçkün olmasının diqqətə alınması xahiş edilir.

Ə. İbrahimov hazırda rüşvət iddiası ilə həbsdə olan Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovu korrupsiyada ittiham edən məqalələr yazırdı. M.Bağırov tutduğu vəzifədən azad edildikdən sonra jurnalist barəsində Gəncə şəhər Polis İdarəsinə şikayət etmişdi. Həmin şikayət əsasında Ə.İbrahimova qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmış, 2014-cü il iyunun 18-də həbs edilmişdi.

Gəncə Ağır Cinayətlər Məhkəməsi jurnalisti 11 il azadlıqdan məhrum edib. Gəncə Apellyasiya Məhkəməsi cəzanı 1 il azaldıb.

Ötən il iyunun 17-də Ali Məhkəmə jurnalistin cəzasını 10 ildən 5 ilə endirib. Ə.İbrahimovun azadlığa çıxamasına iki il qalır.

Jurnalistin barəsində yazdığı Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırov isə korrupsiya ittihamı ilə 10 il azadlıqdan məhrum edilib, hazırda cəza çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG