Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:19

İntiqam Əliyevdən müsahibə almağa icazə verilmir


İntiqam Əliyev
İntiqam Əliyev

►"Nazirlik jurnalist kimi mənim informasiya əldə etmək hüququmu pozub"

"Həbsxana məhkumun müsahibə vermək yeri deyil"

Ədliyyə Nazirliyi "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə görüşünün təşkilindən imtina edib.

Mehman Əliyev İntiqam Əliyevdən müsahibə almaq istəyirmiş. Buna görə Ədliyyə naziri Fikrət Məmmədovun adına məktub göndərilib. Ancaq görüşə icazə verilməyib.

Penitensiar Xidmətin rəis müavininin vəzifəsini icra edən Rafiq Ramazanovun imzaladığı cavab məktubunda deyilir ki, jurnalistin müraciəti “İctimai iştirak haqqında” qanunun tələblərinə uyğun olmadığına, eləcə də qohumluq əlaqələrinin olmadığına və digər əsaslara görə görüş üçün şərait yaradılması arzuolunan deyil.

Buna da bax: Parisdəki terror aktları ilə bağlı 3 nəfər saxlandı

Mehman Əliyev
Mehman Əliyev

Mehman Əliyev deyir ki, cavab qanunvericiliyə ziddir. Ədliyyə Nazirliyi jurnalist kimi onun informasiya əldə etmək hüququnu pozub:

Mehman Əliyevsə deyir ki, jurnalist kimi hüququnun müdafiəsi ilə bağlı bir daha Ədliyyə Nazirliyinə müraciət edəcək. Əgər rədd cavabı alsa Ombudsmana, məhkəməyə müraciət edəcək.

“Mən məktubla müraciət etdim. Çünki Cəzaların İcrası Məcəlləsinin 22.2-ci maddəsinə uyğun olaraq qanunla jurnalist məhbusla görüşə bilər. Mənə icazə vermədilər. Mən cəzaçəkmə yerində ictimai nəzarəti həyata keçirmək və ya Ədliyyə Nazirliyinə, yaxud digər dövlət orqanına məsləhətlər hazırlamaq üçün görüş istəməmişəm. Sadəcə, İntiqam Əliyevlə görüşmək və müsahibə hazırlamaq istəmişəm. Bu, mənim hüququmdur”.

Mehman Əliyevin İntiqam Əliyevlə görüşünə icazə verilməməsi jurnalistlərə hansı hallarda məhbusla görüşə icazə verilə bilməz və ya verilə bilər" sualını aktuallaşdırıb.

Buna da bax: İran səfiri qalmaqallı veriliş haqda: "Yumor xoş deyildi"

"İmtina əsassızdır"

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov Mehman Əliyevin İntiqam Əliyevdən müsahibə almasına icazə verilməməsini əsassız hesab edir.

Bildirir ki, Cəzaların İcrası Məcəlləsinin 22.2.-ci maddəsində jurnalistlərin Ədliyyə Nazirliyinin icazəsi ilə penitensiar müəssisələrə baş çəkməsi (şəxsi qaydada deyil, peşə fəaliyyəti ilə əlaqədar) nəzərdə tutulur:

"22.4-cü maddəyə əsasən, müsahibə alınması, foto, videoçəkiliş, audioyazı aparılması məhbusun razılığı ilə aparıla bilər. İslah müəssisəsinin təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin foto və videoçəkilişinin aparılması 22.5-ci maddəyə əsasən müvafiq icra orqanının icazəsi ilə həyata keçirilə bilər: “Hesab edirəm ki, “qohumluq əlaqələrinin olmaması” imtinaya əsas ola bilməz, çünki müsahibə üçün rəsmi icazə istənilir. Amma Məcəllədə ayrı-ayrı şəxslərin ziyarəti də nəzərdə tutulub. “Digər əsasların olmaması” ifadəsinə gəlincə, Məcəllədə birbaşa və birmənalı şəkildə məhbusların KİV-lə əlaqə imkanları nəzərdə tutulur. Doğrudur, bunun üçün Ədliyyə Nazirliyinin də, məhbusun da icazəsi tələb olunur, amma imtina əsassızdır. Jurnalistin müraciətinin “İctimai iştirak haqqında” qanuna uyğun olmadığı haqqında iddia isə tənqidə belə layiq deyil. KİV bu qanunun iştirakçıları arasında olsa da, o, dövlət orqanlarına müraciət formasını tənzimləmir”.

Buna da bax: "Əliyevlər ailəsinin korrupsiyasını üzə çıxaran..."

"Həbsxana məhkumun müsahibə vermək yeri deyil"

Sahib Məmmədov
Sahib Məmmədov

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov deyir ki, hər bir məhbusun doğmaları ilə uzunmüddətli görüş hüququ var. Bundan başqa məhbusun sovqat gətirməklə keçirilən qısamüddətli görüşləri də olur. Məhkumun jurnalistlərlə də görüşü mümkündür. Ancaq Cəzaların İcra Məcəlləsinə görə bu xüsusi razılıqla olmalıdır:

Çünki bu şəxsin azadlığı məhdudlaşdırılıb. Azadlığın məhdudlaşmasının içərisində təkcə onun dörd divarın içərisində qalması nəzərdə tutulmur.

“Cəzaçəkmə yeri məhkumun müsahibə vermək yeri deyil. Daxili nizam qaydaları var. O, nizam qaydalarına zidd olan hər bir şeyi qadağan edə bilər. Daxili nizam qaydaları da Cəzaların İcrası Məcəlləsinə əsasən hazırlanıb. Bu məcəllə də Avropa Penitensiar qaydalarına tam uyğun hesab olunub. Cəzasını çəkən şəxsin həftədə 3 dəfə telefonla danışmaq haqqı var. Bütün məlumatları ötürə bilirlər. Ancaq müsahibə vermək heç Avropa ölkələrinin penitensiar sistemində də qəbul olunmuş norma deyil. Çünki bu şəxsin azadlığı məhdudlaşdırılıb. Azadlığın məhdudlaşmasının içərisində təkcə onun dörd divarın içərisində qalması nəzərdə tutulmur. Azadlıq bütün mənalarda məhdudlaşır. Ancaq icazə əsasında məhbusla hər kəs görüşə bilər. Əgər bunu əsaslandıra bilirsə, o görüşün zərurəti varsa, niyə də görüşnməsin."

Mehman Əliyevsə deyir ki, jurnalist kimi hüququnun müdafiəsi ilə bağlı bir daha Ədliyyə Nazirliyinə müraciət edəcək. Əgər rədd cavabı alsa Ombudsmana, məhkəməyə müraciət edəcək.

Mehman Əliyev bundan əvvəl cəzaçəkmə yerlərində həbsdə olmuş jurnalistlər Qənimət Zahidlə, Rauf Arifoğluyla, Eynulla Fətullayevlə və Müşfiq Hüseynovla görüşüb.

XS
SM
MD
LG