Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 18:04

'Şücaətə görə' medalı təsis olunub


'Şücaətə görə' medalı

Bundan sonra, Azərbaycanda hərbçilərə “Şücaətə görə” medalı veriləcək.

Prezident İlham Əliyev dekabrın 8-də “Şücaətə görə” medalının təsis edilməsi ilə bağlı “Orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik imzalayıb.

Sənədlə medal haqqında əsasnamə də təsdiqlənib.

Buna da bax:​ Milli Qəhrəman vəsiqələri təqdim edildi

Ölkə başçısı “Şücaətə görə” medalının təsvirini də təsdiq edib.

Vətənin müdafiəsində fədakarlıq və şücaət göstərən hərbi qulluqçular, vəzifə borcunu yerinə yetirən digər şəxslər “Şücaətə görə” medalı ilə təltif ediləcəklər.

Medalın üzərində “Azərbaycan uğrunda” sözləri yazılıb.

XS
SM
MD
LG