Keçid linkləri

2024, 15 Mart, Cümə, Bakı vaxtı 09:24

ABŞ müşaviri deyir ki, Putin Rusiya xalqının maraqlarına zidd hərəkətlər edir


ABŞ ordu generalı H.R. McMaster
ABŞ ordu generalı H.R. McMaster

ABŞ milli təhlükəsizlik müşaviri, ordu general-leytenantı H.R. McMaster deyib ki, Rusiya prezidenti Vladimir Putin özünün Suriya prezidenti Bashar al-Assad-la münasibətləri və Əfqanıstanda Talibana kömək siyasəti ilə “Rusiya xalqının maraqlarına qarşı hərəkət edir”.

Aprelin 30-da Fox News telekanalının Sunday proqramında danışan McMaster deyir ki, münasibətlərin yaxşılaşmasından əvvəl ABŞ,Rusiya prezidentinin “davranışında dəyişiklik” görməlidir.

AzadlıqRadiosu yazır ki, prezident Donald Trump-ın Rusiyaya meyllənməsi əlamətlərinə görə McMaster-in Putin barədə şərhləri diqqətlə müşahidə edilir. Prezident seçkisi kampaniyası ərzində və Ağ Evə gəlişinin ilk günlərində Trump Putin haqqında tərifli sözlər söyləmiş, onu güclü lider adlandırmışdı.

Lakin o vaxtdan bəri iki tərəf arasında münasibətlər Vaşinqton və Moskvanın Suriya, İran, Ukrayna, Əfqanıstan və başqa yerlərdə yürütdüyü fərqli siyasətlərə görə korlanmaqda davam edib.

Trump-ın yanvarın 20-də keçirilmiş inaqurasiyasından bəri Rusiya ilə münasibətlərin inkişafı barədə suala McMaster “mən düşünmürəm ki, münasibətlər həqiqətən də pisləşib və ya yaxşılaşıb” cavabını verib.

McMaster deyib ki, “Rusiyanın davranışı – Krımın ilhaqı, Ukraynaya müdaxilə, Suriyadakı bu qatil rejimə dəstək, indi isə Talibanın silahlandırılması – bütün bunlar, xüsusən də Assad-la münasibətlər və Talibanın silahlandırılması aydın şəkildə Rusiyanın maraqlarına ziddir”.

O bildirib ki, Rusiyanın bir regionda dəstək verdiyi qruplar ona başqa regionlarda zərbə vura bilər.

General deyib ki, “Taliban monolit və yekcins” qruplaşma deyil.

Müşavirin fikrincə, məsələn Talibanın Özbəkistandakı islamı hərəkatla, Rusiyaya təhlükə təşkil edən başqa terrorçu qruplarla da bağları var.

McMaster deyib ki, məhz buna görə də “Rusiya prezidenti Rusiya xaqlqının maraqlarına zidd hərəkətlər edir və bunu refleksiv şəkildə edir”.

Milli təhlükəsizlik müşavirinin dediyinə görə Moskva ilə münasibətlərin yaxşılaşması üçün əvvəlcə Rusiyanın “davranışı dəyişməlidir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG