Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:17

KVN-nin qosqoca aparıcısı Maslyakov da belə getdi


Maslyakov prezident Putinlə (2015)
Maslyakov prezident Putinlə (2015)

Rusiyada "Planeta KVN" gənclər mərkəzinin rəhbəri Aleksandr Maslyakov vəzifəsindən istefa verib.

1961-ci ildə "KVN" yaradılarkən onun ilk aparıcısı olmuş Maslyakov yarışmanın simvollarından birinə çevrilmişdi.

Bu qəfil və müəmmalı istefaya aydınlıq gətirməyə çalışan jurnalistlər "Planeta KVN"ə müraciət ediblər.

Onılara bildirilib ki, istefa Maslyakvun könüllü qərarıdır və qətiyyən "Transparency İnternational" təşkilatının şikayəti əsasında prokurorluqda aparılan araşdırma ilə bağlı deyil. O, hələ ilin əvvəlində istefa vermək istəyib, amma məsələ bürokratik səbəblər üzündən ləngiyib.

"Transparency İnternational"ın araşdırmasına görə, "Planeta KVN" mərkəzində maraqların toqquşması problemi olub. Maslyakov təşkilatın balansındakı "Havana" kinoteatrını özünə və ailəsinə məxsus olan şirkətə satıb. Bunu Moskvanın daşınmaz əmlaka departamenti ilə razılaşdırmayıb.

Transparency International bu ilin mayında Maslyakovun fəaliyyətinin yoxlanması üçün prokurorluq orqanlarına müraciət edib.

Bu müraciətə cavab verən prokurorluq bildirmişdi ki, Maslyakov razılaşmanı daşınmaz əmlak departamenti ilə razılaşdırıb.

Buna da bax: Yumor silahdır - NATO

"Transparency İnternational" bu cavaba qane olmayıb.

Nəticədə Moskva hökuməti Maslyakovu işdən çıxarıb. Amma "Planeta KVN" bu xəbəri təkzib edir.

Maslyakov bu qurumun rəhbəri vəzifəsini 2013-cü ildən tuturdu.

O, 1941-ci il noyabrın 24-də Sverdlovskda (Yekaterinburq )doğulub. 1968-ci ildə Televiziya işçiləri üçün ali kursları bitirib.

"Şən və hazırcavablar Klubu" əyləncə proqramı 1961-ci ildə açılıb. Maslyakov Svetlana Jiltsova ilə onun ilk aparıcısı olub.

1971-ci ildə veriliş bağlanıb. Maslyakov televiziyada başqa işlərdə çalışıb.

Sonradan yenidən "KVN"ə qayıdıb.

2006-cı ildə Maslyakov arvadı Svetlana ilə birlikdə "Aleksandr Maslyakov və şirkəti"ni yaradıb.

Bu şirkət KVN brendinin eksklüziv sahibidir. Şirkətin rəhbəri Maslyakovun oğludur.

"KVN"nin uzun müddət öz arenası olmayıb.

2011-ci ildə prezident Vladimir Putin "Havana" kinoteatrını Planeta KVN"ə verib.

Buna da bax: Dağlıq Qarabağdan olan "KVN" komandaları Soçi yarışından çıxarılıb ?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG