Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 15:14

Dağlıq Qarabağdan olan "KVN" komandaları Soçi yarışından çıxarılıb ?


Foto arxiv

“Bir neçə gündürki, ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivaldan çıxarılması ilə bağlı atılan addımlar barədə məlumatlar yayılır. Amma nazirliklər bu addımların ölkə başçısının tapşırığından sonra atdığını qeyd etsəydilər onda ədalətli olardı”. Bunu Azərbaycan prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər nazirliyi bu günlərdə separatçı Dağlıq Qarabağ bölgəsindən olan "Duz və çörəklə” və "DeleYaman” komandalarının Soçidə keçirilən 28-ci beynəlxalq festivala dəvət olunmalarına etiraz olaraq Rusiyaya rəsmi Nota göndərib.

Azərbaycanın Gənclər və İdman Nazirliyi də məsələyə etiraz bildirib və bundan sonra bu komandaların yarışdan kənarlaşdırılması ilə bağlı KİV-lərdə məlumat yayılıb.

Amma Dağlıq Qarabağdan olan Şən və hazırcavablar klubu” nun nümayəndəsi Georgi Avetisyan özünün Feysbuk səhifəsində “Çörək və duzla” klubunun yanvarın 13-də festivala qatıldığını, birinci turda yüksək reytinq qazandığını amma, ikinci mərhələyə keçə bilmədiyini yazır.

O, bildirir ki, ikinci tura çıxan komandalar televiziya liqalarında şıxış edəcəklər, amma onların bu liqalarda iştirak eləmək üçün lazımınca təcrübələri yoxdur.

Georgi Avetisyanın sözlərinə görə, onlar heç vaxt siyasətlə məşğul olmayıblar, olmaq da fikrində deyillər.

XS
SM
MD
LG