Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:51

Maska taxmamaya görə cərimələrin məbləği müəyyən edilir


Çexiya, arxiv foto
Çexiya, arxiv foto

Bu gün, mayın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında tibbi maskadan istifadə tələblərinin pozulmasına görə, təklif edilən dəyişiklik müzakirə edilib.

Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli məlumat verib.

Deputatın sözlərinə görə, məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilməsi təklif olunub:

"Dünən, mayın 29-da Nazirlər Kabineti tərəfindən" Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" Qərar qəbul olunub. Həmin qərarda qapalı yerlərdə, kafelərdə, ofislərdə, növbələrdə maskalardan istifadənin lazım olduğu əksini tapıb. Mayın 30-da isə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması ilə bağlı İXM-yə dəyişikliklərin layihəsi müzakirə olundu”

Deputatın sözlərinə görə, komitədki müzakirələrdə layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

E.Qədirli qeyd edib ki, layihəyə görə, tələbləri birinci dəfə pozmasına görə, vətəndaşa xəbərdarlıq edilir:

"Həmin xəbərdarlıq protokolda öz əksini tapacaq. Növbəti dəfə fiziki şəxs qanunu pozursa 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə, fiziki şəxslər 100 manat, vəzifəli şəxslər isə 200 manat cərimələnəcək”

Deputat vurğulayıb ki, qanuna dəyişikliklər sabah, mayın 31-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmalıdır.

Koronavirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimi tədbiq edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 367 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə hazırkı dövrədək 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 58 nəfər vəfat edib,

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG