Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 13:03

Yoluxmada rekord yenilənir


1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son gündə Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və iki nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ qərargahın bugün, mayın 29-da yaydığı məlumata görə, vəfat edənlər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü şəxslərdir: "Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahdan açıqlamaya görə, ötən müddət ərzində yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 289 min 603 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Dünən mayın 28-də 191 şəxsdə yeni yoluxma olduğu açıqlanmışdı və bu, fevralın 28-dən sonra yoluxmada rekord rəqəm sayılırdı. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən mərhələlərlə bir xeyli yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 942 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 362 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG