Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:42

Butina Trump-ın seçki kampaniyasının keçmiş üzvü ilə görüşüb


Mariia Butina
Mariia Butina

ABŞ-da saxlanan rusiyalı Maria Butina ABŞ-da keçirilən son prezident seçkisinə az qalmış,Donald Trump-ın komandasının keçmiş üzvü ilə görüşübmüş.

Söhbət ABŞ prezidenti Donald Trump-ın seçkiqabağı kampaniyasında milli təhlükəsizlik məsələlərinə baxmış Jeffrey Gordon-dan gedir.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti avqustun 4-də “The Washington Post” qəzetinə istinadla məlumat yayıb.

Qəzet isə bunu, Butina-nın ABŞ Senatının kəşfiyyat məsələləri üzrə komitəsinə verdiyi ifadəsinə istinadla yazır.

Həmin məlumata görə, Butina ilə Jeffrey Gordon 2016-cı ilin sentyabrında İsveçrə səfirinin iqamətgahında keçirilən tədbirdə tanış olublar və bir müddət ünsiyyəti davam etdiriblər.

Xüsusilə Butina Gordonu Rokfellerlərin varisinin təşkil etdiyi ictimai şam yeməyinə, o isə Butina-nı özünün doğum günü münasibətilə təşkil etdiyi rok-konsert və axşam ziyafətinə dəvət edib.

“The Washington Post” yazır ki, Jeffrey Gordon Donald Trump-ın qərargahını 2016-cı ilin avqustunda- hələ Butuna ilə tanışlıqdan əvvəl tərk edib.

Gordon-un özü deyir ki, Butina ilə ABŞ-da keçirilən seçki kampaniyasını müzakirə etməyib və onların münasibəti romantik xarakter daşımayıb.

Buna da bax:"Manafortun məhkəməsində jüri seçilib"

Maria Butina
Maria Butina

Butina bu il iyulun 16-da ABŞ-da saxlanıb.

O,Rusiyanın maraqlarına qanunsuz lobbiçilikdə ittiham olunur.

ABŞ hakimiyyətinin versiyasına görə, Butina Rusiya və ABŞ prezidentlərinin görüşünün təşkilinə kömək edib və Rusiyanın dövlət səviyyəsində maraqlarını irəli aparmaq üçün, Respublikaçılar partiyasının əsas sponsorlarına təsir etməyə çalışıb.

Rusiyanın xarici işlər nazirliyi isə Butina-nı siyasi məhbus hesab edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump-ın seçki qərərgahının keçmiş rəhbəri Paul Manafortun da hazırda məhkəməsi gedir.

O konkret olaraq rusiyalı milyarder Oleg Deripaskadan 10 milyon dollar məbləğində kredit almaqda şübhəli bilinir.

Paul Manafort
Paul Manafort

Məlumata görə, Manafort və onun xanımına aid şirkətin vergi bəyannaməsi göstərir ki, onlar Deripaskadan kredit götürüblər.

Manafort bundan başqa vaxtilə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovichə məsləhətçilik edib, konkret 2004-2010-cu illərdə Yanukoviç və onun“Regionlar partiyası”nın seçkiqabağı kampaniyasının müşaviri olub.

Buna da bax:"Manafort Ukraynada qazandığı pulları ‘gizlədib’

Reuters yazır ki, bu yaxınlarda açıqlanan məhkəmə sənədləri göstərir ki, Deripaska onun bu yöndə fəaliyyətini dəstəkləyən admlardan biri imiş.

Rusiyanın ABŞ-da keçirilən seşkiyə müdaxiləsi ilə bağlı işi xüsusi prokuror Robert Mueller aparır.

Rusiya bütün ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG