Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Manafort Ukraynada qazandığı pulları ‘gizlədib’


Paul Manafort məhkəmədə
Paul Manafort məhkəmədə

Avqustun 1-də Virciniya ştatının federal məhkəməsində ABŞ prezidenti Donald Trump-ın keçmiş seçki kampaniyası rəhbəri Paul Manafort-a dair dinləmələrin ikinci günü olub.

Bu arada prezident baş prokuroru Rusiyanın seçki müdaxiləsi iddiları ilə bağlı təhqiqata son qoyulmasına çağırıb.

Trump avqustun 1-də Twitter-də yazıb ki, baş prokuror Jeff Sessions, onun təbirincə deyilərsə, “ölkəmizin bundan sonra da ləkələnməsinə yol vermədən” bu Saxta Əcinnə Ovunun dərhal dayandırmalıdır:

"Tarixdə ən uğurlu Trump Kampaniyasının Rusiya ilə Sövdələşməsi TAMAMİLƏ UYDURMADIR”.

***

ABŞ-da prokurorlar prezident Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafortu vergi fırıldaqçısı adlandırıb. Onların bildirməsinə görə, Manafort Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych üçün gördüyü siyasi fəaliyyətdən qazandığı milyonları gizlətməkdən ötrü ofşor hesablardan istifadə edib.

YARIM MİLYON DOLLARLIQ GEYİM

İyulun 31-də Virciniya ştatında başlayan məhkəmədə prokuror ittihamnaməni səsləndirib. Manafort-un dəbdəbəli həyat sürdüyü, bahalı evlər və maşınlar dəyişdirdiyi, “dəbli paltarlara” yarım milyondan artıq, bir qol saatına 21 min dollar verdiyi açıqlanıb.

“Bu məhkəmə zalındakı adama elə gəlib ki, qanun ona aid deyil, vergi, bank qanunları ona aid deyil”, – xüsusi prokuror Robert Mueller-in təhqiqat komandasının üzvü Uzo Asonye deyib.

Robert Mueller
Robert Mueller

Manaforta qarşı 18 maddə üzrə ittihamları sadalayan Asonye deyib ki, o, Viktor Yanukovych-in partiyası üçün çalışarkən qazandığı 60 milyon dolların böyük bir hissəsi üçün vergi ödəməyib.

İttihamçının deməsinə görə, Manafort gəlirini 30 ofşor bank hesabında gizlədib, ABŞ banklarına isə yalan danışıb, daşınmaz əmlaklarını girov qoyaraq milyonlarla dollar borc götürüb, bunu Ukraynadan gələn pulun kəsilə biləcəyi ehtimalına görə edib.

“Bu ittihamların hamısı bir məsələyə söykənir: Paul Manafort yalan danışıb”, – Asonye deyib.

GATES-Ə İTTİHAMLAR

Manafortun vəkili Thomas Zehnle isə onun tamam fərqli portretini cızıb, onu 40 illik təcrübəsi olan uğurlu siyasi müşavir adlandırıb. Vəkilin deməsinə görə, Manafort şirkətinin gündəlik əməliyyatlarını keçmiş məsləkdaşı Rick Gates-ə tapşırıb, o da onu aldadıb.

Rick Gates
Rick Gates

Zehnle aydın şəkildə göstərib ki, Gates-in etibarlılığını şübhə altına almaq müdafiənin əsas cinahı olacaq. Gates fevralda təqsirini boynuna alıb, Mueller-in istintaqı ilə əməkdaşlığa razılaşıb.

Gates-in məhkəmədə ulduz şahid olacağı gözlənir.

Zehnle iddia edib ki, Manafort-un vergi bəyannaməsini hazırlayan Gates düzgün davranmayıb, mənimsəmə sxemini gizlətməkdən ötrü onun adını ofşor hesablarda saxlayıb.

Pul sürətlə gəlirdi və Paul Manfort inanırdı ki, Rick Gates bunun hesabını aparır. Rick Gates bundan ötrü pul alırdı”, – Zehnle deyib.

Gates-i təmsil edən Thomas Green ittihamları cavablandırmayıb.

Manafort xüsusi prokuror Robert Mueller-in irəli sürdüyü ittihamlarla məhkəmə qarşısına çıxarılan ilk şəxsdir. Mueller vəzifəyə 2017-ci ilin mayında təyin olunub, Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini, Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmilərinin mümkün əlbirliyini araşdırır.

XS
SM
MD
LG