Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 08:06

Manat niyə sıçrayışla düşdü?


"Elman Rüstəmovun batması". Karikatura. Gündüz Ağayev.

Yanvarın 25-də keçirilən hərracda dollar manat qarşısında rekord həddə bahalaşıb.

Bu gün – yanvarın 25-də Azərbaycan Mərkəzi Bankında (AMB-də) keçirilən valyuta hərracında manatın dollar qarşısında dəyər itirməsi gözlənilən idi. Ancaq bu həddə deyil. Belə ki, indiyə kimi keçirilən hərraclardan fərqli olaraq, dollar manat qarşısında maksimum, 5 qəpik dəyər qazandı. Dövlət Neft Fondunun (DNF-nin) da qatıldığı hərracda manatın orta çəkili məzənnəsi 1.9052 səviyyəsində formalaşdı. Yanvarın 23-də, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.8559 manat müəyyən olunmuşdu.

Buna da bax:​ Dollar 'uçur' - 1.91

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Proses dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur.

Manatın asılı olduğu neftin qiymətində ciddi dəyişiklik yoxdur, önəmli beynəlxalq iqtisadi hadisə, məsələn Amerika Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi faizləri qaldırmayıb. Bəs, onda manatın dəyəri niyə bu qədər düşdü? Hökumətin manatı sürətli dəyərsizləşdirməsində məqsədi nədir?

Hətta AMB yanvarın 26-na olan USD/AZN rəsmi məzənnəsini hərracdan yuxarı həddə təyin etdi - 1,9068.

Buna da bax: Banklar dolları 'qara bazar' qiymətinə satmağa başlayacaq

“Azərbaycanda heç vaxt üzən məzənnə olmayacaq”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, hökumətin məqsədini dəqiq demək çətindir: “Ya mesaj vermək istəyirlər ki, məzənnəyə hökumət nəzarəti yoxdur, ya da bəlli bir səviyyədən sonra sabitləşdirmək istəyirlər”.

Onun qənaətincə, Azərbaycanda heç vaxt üzən məzənnə olmayacaq. Ekspert təklif edir ki, AMB biznesə, bank sektoruna məzənnənin inzibati olduğunu elan etməlidir: “Məzənnənin müəyyən bir dövrdə bəlli bir həddə sabit qalacağına söz versinlər. Biznes də işini bilsin”.

N.Cəfərli də bildirir ki, dünyada önəmli iqtisadi hadisə baş verməyib ki, manata təsiri olsun. Belə ki, dünyada dollar, az da olsa, ucuzlaşıb, qonşu ölkələrin pullarından rubl, təngə, erməni dramı möhkəmlənib. Digər tərəfdən, nə vaxtdır ki, neft 55 dollar həndəvərindədir.

Buna da bax:​ 'Ölkə ata malı kimi bölüşdürüldü'

“Manat üzərində təzyiq artır”

Maliyyə bazarları eksperti Cəfər İbrahimliyə görə isə, son hərraclara çıxarılan valyutanın həcminin mütəmadi azaldılması manatın ciddi dəyər itirməsinin əsas səbəblərindəndir.

Digər tərəfdən, ekspert əlavə edir ki, AMB-yə DNF-dən ayrılacaq 4 milyard dolların daha çox hərracdan kənar və dövlətin sahib olduğu bank və şirkətlərin xarici borclarının ödənilməsinə birbaşa yönəldiləcəyi söyləntiləri və baş bankın “hələ USD/AZN məzənnəsi bir az da yuxarı gedə bilər” kimi açıqlama və davranışları manat üzərində təzyiqi artırır.

Buna da bax: Yeni ilin yeni artan qiymətləri

“Eyni zamanda, bankların xalis xarici valyuta mövqelərinin son aylarda ciddi şəkildə böyüməsi məzənnədə sıçrayışlara səbəb olur”, – deyə C.İbrahimli vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG