Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:10

Ölkədə iqtisadi islahatlara hüquqi bazanın yaradılması, ərzağın bahalaşması, dəmiryol sistemindəki ixtisarlar və torpaq bazarının zəifləməsi bu gün medianın aparıcı mövzularıdır...

İSLAHATLARIN TƏMİNATI

«Azərbaycan» qəzetində dərc edilən «Səmərəli iqtisadi islahatların mükəmməl qanunvericilik bazası» sərlövhəli məqalədə ölkədə aparılan islahatlara yaradılan hüquqi əsaslar dəyərləndirilir.

Müəllif yazır ki, prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 13 ildə ölkədə qeyri-neft sektorunun inkişafına daim diqqət yetirilib.

Xüsusilə 2014-cü ildən etibarən dünya bazarında neftin qiyməti kəskin şəkildə endikdən sonra qeyri-neft sektoruprioritet sahəyə çevrilib: «Dövlət başçısı elan etdiyi yeni iqtisadi siyasətlə əlaqədar islahatların bir neçə istiqamətini müəyyən etdi. Bunlardan biri iqtisadi sektorun inkişafına yol açacaq tədbirlər kompleksi, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi idi».

Müəllif vurğulayır ki, «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» prezidentin 2016-cı ilin martında imzaladığı fərman qeyri-neft sektorunun inkişafına və ixracın stimullaşdırılmasına dəstək oldu.

Məqalədə sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı apellyasiya şuralarının yaradılması da müsbət addım kimi dəyərləndirilir.

Müəllif qeyd edir ki,«Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri» adlısənədin qəbulu isə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir.

Məqalədə vurğulanır ki, ölkədə aparılan islahatlara təminat yaradılmasından ötrü ciddi qanunvericilik bazası yaradılıb.

Qubad İbadoğlu
Qubad İbadoğlu

ƏRZAQ BAHALAŞIB

«Yeni Müsavat» qəzetində «Yeni ilin ilk yarım ayında ərzaq 10-30 faiz bahalaşıb» sərlövhəli məqalə oxumaq olar. Bu yazıda ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

Ekspert Q.İbadoğlu da bahalaşmanı dinamik proses sayaraq, bunun bütün sahələri əhatə etdiyini vurğulayıb: «Ötən ildən başlayan bahalaşma yanvar ayının ilk 15 günündə də özünü göstərdi. Ərzaq məhsullarının bahalaşması həm də monopolist şirkətlərin qərarları ilə baş verdi».

Q.İbadoğludeyib ki, Azərbaycanda istehlak mallarının istehsalı və satışı ilə məşğul olan əsas şirkətlər yanvar ayında qiymətləri 10-30 faizədək qaldırıblar.

Ekspert hesab edir ki, bank və vergi sistemi ilə bağlı qanunvericilikdə edilən bir çox dəyişikliklər də qiymətlərin artmasına zəmin yaradacaq: «Diqqət yetirsəniz görərsiniz ki, ötən il daha çox qeyri-ərzaq məhsulları bahalaşdı. Bu il ərzaq məhsullarındakı bahalaşma digər mal və xidmətləri üstələyəcək».

Q.İbadoğlu deyib ki, banklarda marjanın ləğv edilməsi valyuta alış-satışında fərqin 10 qəpiyə qədər yüksəlməsinə səbəb olub. Manatın bundan sonra da dəyərdən düşəcəyini təxmin edən ekspert «tam üzən məzənnə» sisteminə keçid siyasətinin baş tutmayacağını düşünür: «Manatın ucuzlaşması davam edəcək. Mərkəzi Bank indi də manatı «tamüzən məzənnə» rejiminə keçirməyə hazır deyil».

Torpaq sahəsi
Torpaq sahəsi

TORPAQ ALAN YOXDUR

«Exo» qəzetində «Azərbaycanın torpaq bazarında çöküş?» sərlövhəli məqalədə bu sahədə durum ekspert Rəşad Əliyevlə müzakirə edilir.

«Azərbaycan vətəndaşlarının torpaq sahələrinə marağı itib. Tikinti materiallarının bahalaşması üzündən ev inşası baha başa gəlir və buna görə də bu sahədə tənəzzül başlayıb»,- deyə ekspert qəzetə bildirib.

Yazıda torpaq bazarında sükutun yaranmasına bir başqa səbəb kimi də əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi göstərilir.

Ekspert deyib ki, torpaq sahələri 2016-cı ildə manatla ifadədə 10 faiz ucuzlaşıb.

R.Əliyev hesab edir ki, əvvəllər mənzil almaqdansa ev tikmək rentabelli idi. İndi isə əksinədir: «Son vaxtlar tikinti materiallarının qiymətlərində bahalanma nəzərə alınsa, demək olar ki, ev inşası bahalı məşğuliyyətə dönüb».

Ekspertin fikrincə, torpaq bazarındakı indiki durum arzuolunan deyil. Onun bildirməsinə görə, milli valyutanın devalvasiyası, alıcılıq qabiliyyətinin aşağı düşməsi, qiymətlərin bahalığı 2016-cı ildə ölkə cəmiyyətinin üzləşdiyi əsas problemlərdir.

R.Əliyev qeyd edib ki, keçən il bir çox vətəndaşlar mənzillərin qiymətləri endiyindən kapitallarını yastığın alında saxlamaqdansa, daşınmaz əmlaka yatırıblar. Amma o, vurğulayıb ki, 2017-ci ildə belə vətəndaşların sayı kəskin şəkildə azalıb.

Qatar
Qatar

AMAN İXTİSARLAR...

«Bizim Yol» qəzetində «İxtisar olunan işçilər etiraz etdilər» sərlövhəli məqalə diqqət çəkir.

Yazıdaölkənin dəmiryol sistemindəki ixtisarların narazılıqlara səbəb olduğu dəyərləndirilir.

Müəllif yazır ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) rəhbərliyinin əmri ilə Gigiyena və Epidemiologiya Mərkəzində aparılan kütləvi ixtisarlar narazılıqlar yaradıb.

QSC-yə tabe olan Mərkəzin direktoru vəzifəsindən azad edilib. Həmin vəzifəni indi direktorun müavini icra edir.

Yazıda bildirildiyinə görə, işçilərə könüllü ərizə yazıb getmələri təklif olunur. Yalnız bu halda onlara kompensasiyanın veriləcəyi deyilir.

Mərkəzin Həmkarlar İttifaqından isə bildiriblər ki, işçiləri əsasən iki məsələ narahat edir: «Maliyyə problemi səbəbindən mərkəzdə ixtisarların olacağı gözlənilir. Tibb müəssisəsi təsərrüfat hesabı əsasında fəaliyyət göstərəcək. İşçilərin işsiz qalmaq və əməkhaqqını ala bilməmək təhlükəsi var».

İşçilər 130-200 manat arasında əməkhaqqı alırlar

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən dəMərkəzdə ixtisarların olacağını təsdiqləyiblər: «Adıçəkilən tibb müəssisəsində ixtisarlara və struktur dəyişikliyinə qərar verilib»,-deyə bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG