Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 01:18

Arşak Makiçyan Putini ‘hərbi cani’ adlandırdı


Arşak Makiçyan etiraz piketində (Arxiv fotosu)
Arşak Makiçyan etiraz piketində (Arxiv fotosu)

Moskva prokurorluğu Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz edən fəalın Rusiya vətəndaşlığından məhrum edilməsi üçün cinayət işi açıb

Moskva prokurorluğu Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz edən fəalın Rusiya vətəndaşlığından məhrum edilməsi üçün cinayət işi açıb.

28 yaşlı Arşak Makiçyan hazırda Almaniyada olsa da, ömrünün çoxunu Rusiyada yaşayıb və prokurorluğun addımı onu vətəndaşlığı olmayan şəxsə çevirə bilər.

İxtisasca musiqiçi Arşak Makiçyan iyunun 6-da Twitter-də yaydığı videoda deyir ki, o 27 il Rusiyada yaşayıb və indi onu “susmadığına görə” mühakimə edirlər.

Makiçyana Rusiya vətəndaşlığı 2004-cü ildə verilib.

“Pervoye Otdeleniye” adlı hüquq müdafiəsi və insan haqları qrupu bildirir ki, prokurorun vəsatəti Moskva yaxınlığındakı Şatura şəhərinin məhkəməsində qeydiyyata alınıb və iş üzrə ilk dinləmə iyunun 9-a təyin edilib.

“Mən Rusiya vətəndaşı Arşakam”

Makiçyan videoda deyir:

"Onlar mənim yeganə vətəndaşlığımı mənim fəallğıma, qlobal istiləşmə və Ukraynada müharibə barədə susmadığıma görə ləğv etmək istəyirlər. Mən susmayacağam. Vladimir Vladimiroviç hərbi cani və qatildir. Mənsə Rusiya vətəndaşı Arşakam və mən onun istefasını tələb edirəm”.

Arşak Makiçyan bunu da qeyd edir ki, o özünü rusiyalı sayır, həyat yoldaşı rusdur və təhsilini rusca alıb.

Makiçyan Fridays for Future ekoloji hərəkatının üzvüdür. Bu təşkialtın əsasını isveçli yeniyetmə Qreta Törnberq qoyub.

Makiçyan ətraf mühit müdafiəçilərinin icazəsiz mitinqlərində iştirak etdiyinə görə dəfələrlə Rusiya polisi tərəfindən saxlanıb və hətta bir dəfə 6 sutkalıq həbs olunub.

Fəal bu ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsi başlanan kimi bu təcavüzə açıq etiraz bildirib.

Vəkillərdən və insan haqları müdafiəçilərindən ibarət “Pervoye Otdeleniye” siyasi fəalların məhkəmələrində onların müdafiəsinə kömək edən açıq cəmiyyətdir.

Qrup bildirib ki, Rusiya hökuməti böyük bir ehtimalla Makiçyanı onun siyasi mövqeyinə görə cəzalandırır.

Prokurorluq bildirir ki, guya Makiçyan 2004-cü ildə Rusiya pasportu almaq üçün saxta sənədlər təqdim edib.

“Pervoye Otdeleniye” bu ittihamı tamamilə qondarma hesab edir.

XS
SM
MD
LG