Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 14:13

Makedoniyada etirazçılar parlamentə zorakı basqın ediblər


Etirazçıların basqını zamanı siyasətçi Zoran Zaev xəsarət alıb
Etirazçıların basqını zamanı siyasətçi Zoran Zaev xəsarət alıb

Makedoniyada millətçi VMRO-DPMNE partiyasının 200 tərəfdarı aprelin 27-də Skopyedə parlamentin binasına hücum edib.

Buna səbəb Sosial-Demokrat Partiyası ilə etnik albanların partiyaları arasında yaradılmış alyansın milliyyətcə alban Talat Xhaferini spiker təyin etməsi olub.

AzadlıqRadiosunun Skopyedəki müxbiri bildirir ki, etirazçılar təklif edilmiş koalisiyanın rəhbəri, sosial-demokratların lideri Zoran Zaevi və bir etnik alban millət vəkilini vəhşicəsinə döyüblər.

Xəbər verilir ki, polis bəzilərinin üzü maskalarla bağlı olan etirazçıların parlamentin ərazisinə daxil olmalarına maneçilik törətməyib.

Yalnız parlament binasının içərisində sayca az olan polis hücum edənlərə müqavimət göstərib.

Müxbir xəbər verir ki, etirazçılar binanın içərisindəki qapıları sındırmış, mobil telefonları və jurnalistlərin kameralarını oğurlamışlar.

Hadisə zamanı alban alyansının lideri Zijadin Sela da xəsarət alıb.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn zorakılığı qətiyyətlə pisləyib.

Bu arada İsveçin Makedoniyadakı səfiri Mats Staffansson digər Avropa diplomatlarının adından yaydığı bəyanatda Makedoniya siyasətçilərini fikir ixtilaflarını siyasi dialoqla çözməyə çağırıb.

Makedoniya millətçiləri milliyyətcə alban Talat Xhaferinin spiker təyin olunnmasına etiraz edirlər
Makedoniya millətçiləri milliyyətcə alban Talat Xhaferinin spiker təyin olunnmasına etiraz edirlər

Staffansson millət vəkillərinin təhlükəsizliyini qoruya bilməyən polisi sərt tənqid edib.

Skopyedə artıq iki aydır ki, hakim koalisiyaya alban milli azlığı nümayəndələrinin daxil edilməsinə qarşı küçə etirazları keçiriliir.

VMRO-DPMNE ötən dekabrda seçkidə qalib gəlsə də, çoxluqdan ibarət koalisiya yarada bilməyib, lakin o vaxtdan bəri Zaevin etnik albanlarla birlikdə yaratdığı koalisiyanı bloklamaqda davam edir.

Etirazçılar çoxluğa malik olmasına baxmayaraq Zaevin koalisiyasına hökumət mandatı verməyən prezident Gjorge Ivanovun mövqeyini dəstəkləyirlər.

Xhaferi 1991-ci ildə Yuqoslaviyanın çökməsindən sonra Makedoniyada spiker təyin edilmiş ilk albandır.

Makedoniya əhalisinin 25 faizini etnik albanlar təşkil edirlər.

2001-ci ildə bu ölkədə etnik-separatçı qarşıdurma üçün böyük risk mövcud idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG