Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Macron maaşları artırmağı vəd edir


Emmanuel Macron
Emmanuel Macron

Fransa prezidenti Emmanuel Macron ölkədə minumum aylıq əməkhaqqının yanvar ayından 100 avro (114 dollar) artırılacağını vəd edib və bildirib ki, bu tədbir maaş verən sahibkarları təsirləndirməyəcək.

Dekabrın 10-da televiziya ilə müraciətində Fransa prezidenti bunu da deyib ki, “Sarı jiletlər” adlanan etirazlarla bağlı ölkədə “ictimai və iqtisadi fövqəladə vəziyyət” elan edir.

Prezident onun yanacaq vergilərini artırmaq qərarından qaynaqlanan geniş etirazlar məsələsinə ilk dəfə toxunub. Macron yanacaq vergisinin iqlim dəyişikliyi ilə əlaqədar qaldıldığını elabn etmişdi.

Prezident dekabrın 10-da televiziya müraciətindən əvvəl həmkarlar ittifaqlarının və bizneslərin rəhbərləri ilə görüş keçirib.

Macron bunu da elan edib ki, pensiyaların üzərinə vergilərin artırılması gəliri 2 min avrodan az olanlara şamil edilməyəcək.

O habelə buna imkanı olan sahibkarları və biznes başçılarını işçilərinə “Milad hədiyyəsi” şəklində vergidən azad mükafat verilməsinə çağırıb.

Əyinlərində qaranlıqda işıqlanan sarı jilet olan etirazçılar noyabrın ortalarından Fransa boyunca yolları bağlamışdılar. Onlar əvvəlcə benzinə və dizel yanacağına verginin artırılması planlarına etiraz edirdilər.

Geniş vüsət alan etirazlar dekabrın 5-də Macron-u vergi artımı planlarındamn geri çəkilməyə məcbur etmişıdi.

Lakin bu barədə bəyanat etirazları sakitləşdirməmişdi. İndi onlar daha geniş vergi ixtisarı və maaşların qaldırılmasını tələb edirdilər.

Fransanın maliyyə naziri Bruno Le Maire etirazları və onlarla bağlı zorakılıqları Fransa iqtisadiyyatı üçün “fəlakət” adlandrımışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG