Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:03

İqtisadçı: 'Deputatlar da daxil hamının maaş və pensiyaları yetərli deyil'


"Milli Məclisdə etiraz dalğası". Karikatura. Gündüz Ağayev. 07okt2017
"Milli Məclisdə etiraz dalğası". Karikatura. Gündüz Ağayev. 07okt2017

Milli Məclisin son iclasında deputatlar özlərinin maaşlarının qaldırılması məsələsini gündəmə gətirdilər.

Söhbət müəllimlərdən, həkimlərdən düşəndə isə onların maaşlarının artırılmasını ciddi cəhdlə zəruri sayanlar olmadı.

Keçmiş deputat, iqtisadçı-alim Nazim Bəydəmirli təəssüflənir ki, son iki ildə manatın dəyərdən düşməsi səbəbindən MDB məkanında büdcə təşkilatlarında çalışanların əməkhaqlarına görə Azərbaycan aşağı yerlərdən birini tutur.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

O, bunun əsas səbəbini manatın zəifləməsində görür:

“İkinci səbəb kommunal xidmətdə tarif dərəcələrinin qaldırılması, nəhayət, idxal olunan məhsulların bahalaşmasıdır. Ona görə indiki vəziyyətdə deputatlar da daxil hamı üçün maaş və pensiyalar yetərli deyil”.

Buna da bax:​ Deputatlar maaşlarının artırılmasını istəyir

Azərbaycan kimdən öndə, kimdən geridir?

Nazim Bəydəmirli deputatların fikirləri ilə qismən razılaşsa da, bu barədə deyilənlərin qıcıq doğurduğunu da söyləyib:

“Bəli, deputatların maddi təminatı əksər MDB respublikalarından aşağıdır, bu, nəzərə alınmalıdır. Amma postsovet respublikalarının çoxunda müəllimin, həkimin maaşı və pensiya Azərbaycandan yüksəkdir. Faktlara keçək, Baltik respublikaları ilə məsələ məlumdur, Avropa Birliyinin üzvü olan bu ölkələrdə minimum maaş 800 dollardan aşağı deyil. Dollar ekvivalentində götürdükdə Azərbaycan Ukrayna, Qırğızıstan və Tacikistandan öndədir. Ancaq bizdə büdcə təşkilatlarında çalışanlar Gürcüstan, Moldova, Ermənistan, Belarus, Qazaxıstan və Rusiyadakı həmkarlarından az maaş alırlar”.

Buna da bax:​ İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, bu məsələdə xüsusi yanaşma tapılmalıdır:

Rövşən Ağayev
Rövşən Ağayev

“Hökumət müəllimin dərsdənkənar repetitorluğa meyllənməməsi, həkimin gözünün xəstənin cibində olmaması üçün səviyyə müəyyənləşdirməlidir. Bu rəqəm 500, yoxsa min manatdır sualına cavabı müəllimlərin də iştirakı ilə ictimai müzakirələrdə mütəxəssislər verməlidir. Eyni qayda deputatlara da tətbiq edilməlidir”.

Rövşən Ağayev bildirib ki, Azərbaycan parlamentinin fəaliyyətinin effektiv olmaması ictimaiyyət arasında dəfələrlə səslənib.

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

İqtisadçı vurğulayıb ki, normal ölkələrdə deputatlar həftənin 2 günü iclas keçirmirlər, əksinə hər gün işləyirlər.

Onun fikrincə, belə ölkələrdə deputatın maaşı yüksək olmalıdır:

“Düzdür, 2015-ci ildə manatın iki dəfə dəyərdən düşməsi nəticəsində deputatların maaşı (təqribən 2200 manat civarında) xeyli azdır. Amma büdcə imkanlar ilə götürdükdə, müəllim və həkimlərin əməkhaqqısı daha aşağıdır”.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

“Faktiki olaraq diplom satışı gedirdi”

İqtisadçı bəzi deputatların “müəllimlərin sayı çoxdur” yanaşmasını da səhv hesab edir:

“24 illik hakimiyyətin təmsilçisinin bu barədə danışması doğru deyil. Sual yaranır, müəllimlərin sayını kim çox edib? Müəllimlərin indiki saya gəlib çatmasının səbəbi mövcud idarəetmədir. 2009-cu ildə apardığım araşdırmada yazmışdım ki, Azərbaycanda müəllim-şagird nisbəti Avropa səviyyəsindən 40-50 faiz çoxdur. Bu həm də ötən əsrin 90-larında özəl universitetlərin müəllim diplomu istehsal etməsinin təzahürü idi, faktiki olaraq diplom satışı gedirdi. Yəni müəllimlərin sayının çox olması indiki idarəetmədir. Ancaq son 7-8 ildə orta məktəblərdə müəllimlərin sayı 170 mindən 155 minə düşüb. Burda yaş senzinə görə, aparılan ixtisarların da rolu olub. Hazırda müəllimlərin sayına görə Avropa ölkələrinə xeyli yaxınlaşmışıq. Bütün hallarda hökumət hesablama aparmalı və tənzimlənmə o səviyyədə getməlidir ki, müəllim-şagird nisbəti gözlənilsin. Həkimlərin sayına gəldikdə, əhalinin 10 min nəfərinə düşən həkim nisbəti çox deyil, hətta bəzi ölkələrlə müqayisədə azdır”.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

“Azərbaycanı Tacikistan və Qırğızıstanla müqayisə etmək düzgün deyil”

Maaş və pensiyalara gəldikdə, Rövşən Ağayev hesab edir ki, MDB-də iki qrup ölkələr var:

“Birinci qrupa Rusiya, Qazaxıstan və Belarusdur. Bu respublikalarda maaşlar Azərbaycandan 50 faiz yüksəkdir. Pensiyalar isə xeyli çoxdur. Maaşların səviyyəsinə görə Azərbaycandan nisbətən yüksək olan Gürcüstandır. Ukraynada son 5-6 ildə böhran və müharibə səbəbindən maaşlar Azərbaycandan aşağı düşdü. İkinci qrupda Orta Asiya ölkələrindən Türkmənistan, Tacikistan, Qırğızıstandır ki, onlarda maaş Azərbaycandan aşağıdır. Amma statistika elmində bərabər imkanlar müqayisə olunmalıdır. Azərbaycanı Tacikistan və Qırğızıstanla müqayisə etmək düzgün deyil. Azərbaycanı heç bir resursu olmayan adıçəkilən iki respublika ilə necə müqayisə etmək olar? Gürcüstanla müqayisə etmək olardı, ancaq onlar da önə keçdi. Azərbaycan özünü Belarus və Qazaxıstanla müqayisə etməlidir. Halbuki, bu iki respublikadan maaşların və pensiyaların səviyyəsinə görə geridəyik”.

Buna da bax:

Azərbaycanda müəllimi Ermənistandakından az maaş alır
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG