Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:53

Məmmədyarov Paşinyanın təklifinə: 'Sülh prosesini öldürmək istəyir'


E.Məmmədyarov
E.Məmmədyarov

«Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesində iştirakını təklif edirsə, deməli, sülh prosesini öldürmək istəyir».

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, həmsədrlərlə bu yaxınlarda Parisdə keçirilən görüşdə bu məsələ müzakirə edilib: «Onlara da söylədim ki, belə bir təklif gülməlidir».

Mayın 15-də Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparmışdı.

***Buna da bax-Paşinyanın Qarabağ münaqişəsindəki mövqeyi 'yanlışdır'

Bundan öncə isə, Ermənistanın yeni baş naziri Nikol Paşinyan demişdi ki, Qarabağ münaqişəsinin tənzimlənməsində Dağlıq Qarabağ nümayəndələri də iştirak etməlidir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

***Buna da bax-Paşinyan: 'Mən nə rusiyayönlü, nə də amerikayönlüyəm...' (VİDEO)

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG