Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:34

Müdafə Nazirliyi: Ermənistan yenidən atəş açıb


Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.

Bu zaman iriçaplı silahlardan və artilleriya qurğularından istifadə olunduğu deyilir.

İyulun 12-də iki ölkənin sərhədində Tovuz istiqamətində döyüş gedir. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son 3 gündə Azərbaycan tərəf biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

Multimedia

XS
SM
MD
LG