Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:22

Lukaşenka hökuməti etirazçılara atəş açıla biləcəyini deyir


Alyaksandr Lukaşenka

Avropa İttifaqı xarici işlər nazirləri oktyabrın 12-də Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Alyaksandr Lukaşenkanın üzərinə sanksiyalar qoyulması barədə razılığa gəliblər.

Bunun ardınca Lukaşenkanın hökuməti ona qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarına güllə atıla bilcəyi ilə hədələyib.

Belarus daxili işlər nazirinin birinci müavini Henadz Kazakeviç oktyabrın 12-də yayınlanmış video müraciətində deyib:

“Biz küçələri tərk etməyəcəyik və ölkədə qanun-qaydanı təmin edəcəyik. Hüquq-mühafizə heyəti və daxili qoşunlar xüsusi ləvazimatdan və ehtiyac olarsa odlu silahdan istifadə edəcək”.

Təhlükəsizlik qüvvələri indiyədək etirazçılara qarşı suatanlardan, rezin güllələrdən və səs qumbaralarından istifadə etdiyini etiraf edib.

“Radikallar, anarxistlər, futbol xuliqanları”

Kazakeviç iddia edib ki, etirazçılar son dərəcə “radikallaşıblar”. Onun sözlərinə görə oktyabrın 11-də keçirilən aksiyalarda etirazçılar polisə daş və butılkalar atıblar, habelə barrikadalar quraraq, avtomobil təkərlərinə od vurublar.

Nazir müavini əlavə edib ki, bu hərəkələrin vətəndaş etirazı ilə heç bir bağlılığı yoxdur.

O etirazçıları “radikallar, anarxistlər və futbol azarkeşləri” adlandırıb.

AzadlıqRadiosu yazır ki, Belarus hakimiyyətinin odlu silahdan istifadə etməsi Lukaşenka və etirazçılar arasında iki aydır davam edən qarşıdurmanı son dərəcə kəskinləşdirə bilər.

Etirazçılar Lukaşenkanın istefasını və prezident seçkisinin yenidən keirilməsini tələb edirlər.

Şərhçilər bildirirlər ki, Lukaşenka hakimiyyətinin sərtləşməsi Avropa İttifaqında ona qarşı sanksiyaların irəli sürülməsi barədə razılığın əldə olunması ilə bağlıdır.

Etirazlara pensiyaçılar da qoşulur

Polis oktyabrın 11-də Minskdə suaatanlardan və səs qumbaralarından istifadə edib, ölkə boyunca 700-dək etirazçını saxlayıb.

Oktyabrın 12-də Belarusda keçirilən etiraz aksiyalarına pensiyaçılar da qoşulublar.

Avropa İttifaqı xəbərdarlıq edib ki, bu ölkədə keçirilmiş seçkinin saxtalaşdırılması və buna etiraz edən aksiyaların iştirakçılarına divan tutulması ilə bağlı Belarusun avtokrat lideri Alyaksandr Lukaşenka üzərinə sanksiyalar elan edə bilər.

Okrtyabrın 12-də Avropa İttifaqının Lüksemburqda keçirilən iclasında üzv ölkələrin nümayəndələri Belarus prezident seçkisinin “nə azad, nə də ədalətli olduğu” barədə bəyanat veriblər.

İclasın bəyanatında deyilir ki, Lukaşenkanın heç bir “demokratik legitimliyi” yoxdur.

Şərhlər

XS
SM
MD
LG