Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:37

Belarusda 2 müxalifətçi həbsdən buraxılıb


Minsk, 11 oktyabr, 2020-ci il
Minsk, 11 oktyabr, 2020-ci il

Polis Minskin mərkəzində etirazçıları su şırnağı, səs qumbaraları, gözyaşardıcı qazla dağıdıb, küçələri, metro stansiyalarını bağlayıb

Belarus hakimiyyəti iki müxalifətçinin həbsdən buraxıldığını açıqlayıb.

Belarus-1 dövlət televiziyasının oktyabrın 11-də yaydığı məlumata görə, prezidentliyə keçmiş potensial namizəd Viktor Babarıkanın seçki qərargahının üzvü Yuri Vaskrasenski və PandaDoc IT şirkətinin direktoru Dmitri Rabtseviç ev dustaqlığına buraxılıblar.

Vaskrasenskinin telekanala deməsinə görə, Lukaşenka oktyabrın 10-da həbsdə olan müxalifətçilərlə görüşəndən sonra ondan şəxsən xahiş olunub ki, “konstitusiyaya dəyişikliklərlə bağlı öz təkliflərini hazırlasın” və proqram aparıcılarının sözlərincə, “əvvəl göründüyü kimi təhlükəli olmadığı üzə çıxan bəzi şəxslərin buraxılması şərtlərini müəyyənləşdirsin”.

***

Belarusda 500-dən çox etirazçı saxlanıb

Oktyabrın 11-də Belarusun təhlükəsizlik qüvvələri Minskdə 500-dən çox etirazçını saxlayıb. Müşahidəçilər bunu Alyaksandr Lukaşenkanın avtoritar idarəçiliyinə etiraz edənlərə ən zorakı divantutma sayırlar.

Polis Minskin mərkəzində etirazçıları su şırnağı, səs qumbaraları, gözyaşardıcı qazla dağıdıb, küçələri, metro stansiyalarını bağlayıb.

586 nəfər saxlanıb

Minskdə və başqa şəhərlərdə azı 40 jurnalist olmaqla 586 nəfərin saxlandığı xəbər verilir. Məlumatı “Vyasna” insan haqları qrupu yayıb.

1994-cü ildən hakimiyyətdə olan Lukaşenka 9 avqust seçkisinin qalibi elab olunandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir.

Onun əsas rəqibi Svetlana Tixanovskaya səsvermədən sonra Litvaya getməyə məcbur olub. Tərəfdarları və digərləri seçkini onun qazandığını deyirlər.

Avropa Birliyi və Birləşmiş Ştatlar Lukaşenkanı Belarusun legitim rəhbəri kimi tanımaqdan imtina edib.

Bazar günü yürüşlərində dinc etirazçılar polis tərəfindən döyülüb, mikroavtobuslara sürükləniblər. Qara uniformalı təhlükəsizlik qüvvələri nümayişçilərə zor tətbiq edib, bəzilərini maskalı polis əməkdaşları yerə yıxıb. Sosial mediada yayılan fotolarda xəsarət almış etirazçıların başı sarıqlı vəziyyətdə yerdə oturduğu görünür.

Təcridxanada dialoq

Bu nümayişdən bir gün öncə 66 yaşlı Lukaşenka ölkənin KQB təhlükəsizlik xidmətinin təcridxanasında saxlanan müxalifət liderləri ilə görüşüb. Onların konstitusiya islahatlarını müzakirə etdiyi bildirilir.

Lukaşenkanın mətbuat xidmətinin Telegram sosial şəbəkəsində yerləşdirdiyi fotoda onun məhbuslarla birlikdə dəyirmi masa arxasında əyləşdiyi görünür. Məhbuslardan biri Viktor Babarıka bankirdir, avqust seçkisində Lukaşenkanın ən sərt rəqibi sayılırdı, ancaq seçkiyə buraxılmadı və həbs olundu.

Fotoda müxalifətin Koordinasiya Şurasının üzvü olan hüquqşünas Liliya Vlasova, həmçinin Belarus əsilli amerikalı siyasi təhlilçi Vitali Şkliarov görünür.

Belarus müxalifətçiləri bu ziyarəti Lukaşenka tərəfdən zəiflik əlaməti kimi dəyərləndiriblər.

Tixanovskaya oktyabrın 10-da deyib ki, Lukaşenka cinayətkar adlandırdığı siyasi məhbusların mövcudluğunu qəbul edib“. Ancaq onu da əlavə edib ki, “həbsxana kamerasında dialoq apara bilməzsən”.

Tixanovskayanın bildirməsinə görə, dörd aydan bəri ilk dəfə oktyabrın 10-da onun həbsdə olan həyat yoldaşı, videobloqer Sergey Tixanovski ilə telefonla danışmasına icazə verilib.

Ərinin həbsindən sonra Tixanovskaya prezidentliyə namizədliyini irəli sürdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG