Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:48

Londonda terror şübhəlisi olan 3 qadının məhkəməsi başlanıb


Qadınlardan biri Londonun bu küçəsində həbs edilib
Qadınlardan biri Londonun bu küçəsində həbs edilib

Londonda üç qadın terror aktı planlaşdırmaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Qadınlardan ikisi ana-baladır. Bu, terror ittihamı ilə mühakimə olunan yalnız qadınlardan ibarət ilk qrupdur.

43 yaşlı Mina Dich, onun qızı 21 yaşlı Rizlaine Boular və 20 yaşlı Khawla Barghouthi Londonun Vestminister ərazisində bıçaq hücumu hazırlamaqda şübhəli bilinirlər.

Üçü də bədəni və üzü tamamilə örtən burqa və ya pərəcəncədə olan qadınları üç qadın polis müşayiət edirdi.

Silahlı polis Barghouthi-nin Londonun şimalında yerləşən evinə aprelin 27-də reyd keçirmişdi. Bu reyd zamanı Boular güllə yarası almışdı və məhkəmənin indiyədək keçirilməməsi onun xəstəxanada olması ilə bağlı idi.

İttihamnaməyə görə üç qadın aprelin 11-i ilə 28-i arası “məlum olmayan şəxsi və ya şəxsləri” qətlə yetirməyi planıaşdırıblar.

Məhkəmə iclasını aparan hakim qadınlara üzlərini açmalarını əmr edib.

O deyib ki, müttəhimlərin gözlərinə baxmaq istəyir.

Proses mayın 19-da davam etdiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG