Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 05:11

Avropa Şurasından LGBT bəyanatı


LGBTI

«Azərbaycanda LGBTI mənsublarıyla davranış barədə məlumatlardan narahatıq». Bu haqda Avropa Şurası baş katibinin sözçüsü Daniel Holtgen-in bəyanatında deyilir.

«Cinsi və digər azlıqlara ayrıseçkilik Avropa İnsan Haqları Konvensiyasına ziddir. LGBTI mənsublarının Konvensiyaya uyğun elə bir hüququ yoxdur; onların hüquqları digərləriylə eynidir. Azərbaycan bu hüquqlara sayqını təmin etməli, onlara qarşı pis davranışla bağlı məlumatlar hərtərəfli araşdırılmalıdır. Biz olayları diqqətlə izləyirik», – açıqlamada vurğulanır.

Son həftələr Azərbaycanda onlarla homoseksualın saxlanması barədə məlumat yayılıb. Bir sıra insan haqları qrupları və fəallar ötən həftə bununla bağlı narahatlıqlarını dilə gətiriblər.

Yerli fəallar polisin evlərdə, metro stansiyalarında, LGBT-lərin toplaşdığı kafe, pab və barlarda reydlər keçirdiyini, azı 50 gey və transseksualın saxlandığını bildiriblər.

Azərbaycanın Daxili İşlər Nazirliyi isə polisin cinsi azlıqları təqib etmədiyini, həbslərin fahişəliyə qarşı kampaniya çərçivəsində aparıldığını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG