Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 03:15

Azərbaycanda onlarla homoseksualın saxlandığı bildirilir


LGBT-çi gənc dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

LGBT-çi gənc dəfn edildi

Son həftələr Azərbaycanda onlarla homoseksual saxlanıb.

Bu haqda insan haqları qrupları və fəallar sentyabrın 28-də məlumat yayıblar.

«Nəfəs» LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyev Facebook-da paylaşdığı videoda bildirib ki, polis həmin şəxsləri 30 sutkalığa saxlayıb, onlardan gey və transgender tanışlarının adlarını və ünvanlarını məcburən alıb.

Nəbiyevin sözlərinə görə, bəzi sağçı siyasi liderlər gey və transseksual şəxslərə hücuma çağırıb, onların «əxlaqsızlıq və təhlükəli xəstəlik mənbəyi» olduğunu bildirib.

Yerli fəallar son günlər polisin evlərdə, metro stansiyalarında, LGBT-lərin toplaşdığı kafe, pab və barlarda reydlər keçirdiyini, azı 50 gey və transseksualın saxlandığını bildirir.

İsveçdə yerləşən Mülki Haqlar Müdafiəçiləri insan haqları qrupu saxlananların yüzlərlə ola biləcəyini bildirir. Qrupun məlumatına görə, saxlananların çoxu gey və transseksual tanışlarının ünvanlarını verəndən sonra buraxılıb.

Azərbaycanın Daxili İşlər Nazirliyi isə polisin cinsi azlıqları təqib etmədiyini, həbslərin fahişəliyə qarşı kampaniya çərçivəsində aparıldığını bildirib.

«Cinsi azlıq təmsilçiləri heç vaxt ölkəmizdə təqibə məruz qalmayıb. Ancaq bu, heç də onların qanunsuz hərəkətlərə görə məsuliyyət daşımaması anmalına gəlmir», – nazirliyin bəyanatında vurğulanır.

Azərbaycanda homoseksuallıq 2000-ci ildə qanuniləşdirilib. Ancaq ILGA beynəlxalq insan haqları qrupu ötən il bildirib ki, bu ölkədə geylərin hüquqları Avropada ən pis qorunanlar sırasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG