Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:27

Leyla Şıxlinskayaya son xəbərdarlıq: 'Əgər gəlməsən...'


 Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya

Xalq artisti, öz adını daşıyan klinikanın rəhbəri Leyla Şıxlinskayaya son xəbərdarlıq edilib. Xəbərdarlıq qərarı yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

Məhkəmədə məlum olub ki, L.Şıxlinskaya şikayət edib, cinayət məsuliyyətinə cəlb etdirdiyi işçilərinin məhkəməsinə gəlməkdən imtina edir. Baxmayaraq ki, o, zərərçəkmiş qismində tanınıb. O, işçilərinin həm həbslə cəzalandırılmasını tələb edir, həm də onlardan 804 min 343 manat pul istəyir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb. İddia olunur ki, işçilər bu qədər vəsaiti mənimsəyiblər.

***Buna da bax-Rəsmən 180, faktiki 7-8 min manat maaş alan həkimlər...

Yanvarın 30-da məhkəmədə hakim məlumat verib ki, bu cinayət işində ümumilikdə 69 nəfər şahid var, onlardan yalnız 13-ü dindirilib. O birilərə, o cümlədən L.Şıxlinskayanın özünə dəfələrlə məhkəmə bildirişi göndərilsə də, məhkəməyə gəlməkdən imtina edirlər. Gəlməmələrinin səbəbi haqda da məhkəməyə heç bir məlumat verməyiblər.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası şahidlərin məcburi gətirilməsi, L.Şıxlinskayaya da son xəbərdarlıq edilməsi haqda qərar qəbul edib. Əgər yenə gəlməsə, növbəti dəfə artıq onun da barəsində məcburi gətirilmə qərarı çıxarılacaq.

Klinika işçilərinin məhkəməsi isə bu üzdən fevralın 8-nə qalıb.

Xatırlatma

Məhkəmə qarşısına klinikanın yeddi nəfər keçmiş əməkdaşı çıxarılıb - Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar RzaquliyevaYelena Abdullayeva. Onlara CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib. Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayır.

***Buna da bax-'Elə həkimlər var, 30 min maaş alırdı, rəsmi sənəddə az göstərilirdi'

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, L.Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə verginin məbləğinin aşağı olması idi.

Bu əməkdaşların işi üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq yayınmadan gedir.

L.Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını təsdiqləyib. Amma deyir ki, maliyyə məsələlərinə cavabdeh şəxs özü deyil:

«İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG