Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:43

'Azərbaycanca danışdığıma görə Şıxlinskayanın məndən xoşu gəlmirdi'


Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya

«Bunlar rus dilində danışırdılar, mən isə Azərbaycan dilində. Məndən də rus dilində danışmağı tələb edirdilər. Ona görə Şıxlinskayanın da, bunun da məndən xoşu gəlmirdi...», – «Leyla Şıxlinskaya Klinikası»nda baş mühasibin müavini işləmiş, hazırda isə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan Polad Əliyev belə deyir.

P.Əliyev və klinikada onunla birlikdə işləmiş daha 6 nəfər – Şəhla Abbasova (baş mühasib), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayeva klinikanın rəhbəri, Xalq artisti Leyla Şıxlinskayanın şikayəti əsasında həbs olunub. Şıxlinskaya cinayət məsuliyyətinə cəlb olunan keçmiş işçilərindən üstəlik, 804 min 343 manat pul da istəyir.

***Buna da bax-Leyla Şıxlinskayaya son xəbərdarlıq: 'Əgər gəlməsən...'

Fevralın 8-də məhkəmədə klinikanın kassiri Nadejda Kaysina dindirilərkən onunla təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Keçmiş işçilər onu Şıxlinskayanın göstərişiylə yalan danışmaqda qınayıb.

Təqsirləndirilən şəxslər deyir ki, işçilər üçün maaş kartları sifariş veriləndə bütün maliyyə-bank sənədlərinə direktor və kassir qrafasına N.Kaysina imza atıb. Kartları da bankdan alıb gətirib, onun seyfinə qoyublar. Rəhbər işçilərin, tibb bacılarının, sanitar işçilərin kartları verilsə də, həkimlərin maaş kartı Kaysinanın seyfində qalıb.

Kaysina onların dediklərini təkzib edib.

***Buna da bax-Rəsmən 180, faktiki 7-8 min manat maaş alan həkimlər...

«Leyla Şıxlinskayanın qulu olmaqdan çıx, həqiqəti danış, ədalətli ol. Bura ədalət məhkəməsidir», – təqsirləndirilən şəxslərdən P.Əliyev kassirə belə etiraz edib.

Xatırlatma

Klinikanın keçmiş əməkdaşlarına CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib. Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayır.

Təqsirləndirilən əməkdaşlar isə deyirlər ki, L.Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə verginin məbləğinin aşağı olması idi.

Bu əməkdaşların işi üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq yayınmadan gedir.

L.Şıxlinskaya isə rəhbərlik etdiyi klinikada maliyyə məsələlərinə cavabdeh olmadığını deyib:

«İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG