Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:49

Ter-Petrosyanın bloku sülh planında hakim partiya ilə əməkdaşlığa hazırdır


Levon Zurabian
Levon Zurabian

“Erməni milli konqresi” və "Xalq Partiyası" bloku Dağlıq Qarabağla bağlı sülh planını gələcəkdə indiki hakim “Respublika” partiyası ilə müzakirə etməyə hazır olduğunu bəyan edib.

AzadlıqRadiosu Ermənstan xidmətinin məlumatına görə, bunu jurnalistlərə "Erməni milli konqresi" partiyasının sədr müavini Levon Zurabyan deyib.

O bildirib ki, əgər hakim “Respublika” partiyası qarşıdan gələn parlament seçkisində qalib gəlsə “Erməni milli konqresi” heç vaxt onunla koalisiyaya getməyəcək, amma onlar sülh planının reallaşmasını istəsələr bu məsələdə yardımçı ola bilərlər.

O ki qaldı qalan məsələlərə, Zurabyan hakimiyyəti amansız tənqid etməkdə davam edəcəklərini deyib.​

O qeyd edib ki, seçkinin nəticəsindən aslı olmayaraq sülh naminə hərəkata başlayacaq və istənilən hakimiyyəti onların sülh planının reallaşmasına məcbur edəcəklər.

Xatırladaq ki, Petrosyan bu yaxınlarda yerli mətbuata müsahibəsində deyib ki, münaqişənin həlliylə bağlı son “Madrid-Kazan-Lavrov” variantı, 1997-c ildə onun prezidentliyi dövründəki mərhələli həll planından heç nə ilə fərqlənmir.

Levon Ter-Petrosian
Levon Ter-Petrosian

O deyib ki, “Ləngimək Ermənistanla Qarabağı daha da zəiflədəcək və növbəti həll planı bundan da pis olacaq”.

Xatırladaq ki, Petrosyanın “Erməni Milli Konqresi” partiyası aprelin 2-də keçiriləcək parlament seçkisinə“Xalq Partiyası” ilə bir blokda Qarabağda sülhvə mehriban qonşuluq çağırışı ilə gedir.

Buna da bax. "İndiki kompramis sülh planını qəbul etməsək daha pis olacaq"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG