Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:53

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq planı imzalanıb


Levan Izoria

Dekabrın 16-sı Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında 2017-ci il üzrə əməkdaşlıq planı imzalanıb.

Sənəd müdafiə naziri Zakir Həsənovun Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan Izoria ilə keçirilən görüşü çərçivəsində imzalanıb.

Nazirlər arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Buna da bax:​ Gürcüstanın müdafiə naziri Bakıdadır

Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, Z. Həsənov gələn il Gürcüstanla ikitərəfli və üçtərəfli təlimlərin keçiriləcəyini bildirib.

Gürcüstanla strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən nazir beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, onun ərazi bütövlüyünü tanıdıqlarına görə gürcü xalqına təşəkkür edib.

Nazir həmçinin, Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, daim separatizmi dəstəklədiyini qeyd edib.

Buna da bax: Putin Qarabağda sülhü niyə istəmir

L. İzoria isə gələn ildən Gürcüstanın Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə hazır olduğunu bildirib.

Görüşdə Azərbaycanla Gürcüstan müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Dekabrın 16-sı günün birinci hissəsi isə Gürcüstan müdafiə nazirini prezident İlham Əliyev qəbul etmişdi.

XS
SM
MD
LG