Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:23

Putin Qarabağda sülhü niyə istəmir


İ.Əliyev, V.Putin və S.Sarkisian
İ.Əliyev, V.Putin və S.Sarkisian

-

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığını böyütməyə «proqram meneceri» yoxdur; Keçiyə «Obama» adı qoydular – 17 may Qərb mediasının icmalı.

Rusiya Dağlıq Qarabağda münaqişənin qızışmasının əsas səbəbi olmasa da, bu regionda sabitsizliyin yaranmasında ikinci dərəcəli rol oynayır. «The Huffington Post» qəzetində Samuel Ramani Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik rolunu təhlil edir və arqumentini Moskvanın davranışındakı 3 əlamətlə yozur.

*Cəbhədən yeni videolarımız olacaq - Youtube Kanalımıza Abunə ol, izlə

1) Rusiya həm Azərbaycanı, həm də Ermənistanı silahlandırır, Azərbaycana vertolyotlar, havadan müdafiə sistemləri, artilleriya, Ermənistana isə zirehli maşınlar, ağır texnika göndərir. Beləliklə, hər iki tərəf rejimlərinin uyğun gördüyü məqamda münaqişəni alovlandırmağa hazır durumdadır.

2) Rusiya İŞİD-ə qarşı mübarizəni siyasiləşdirərək Cənubi Qafqazda hərbi mövqeyini gücləndirir. Müəllif rus mediasının Azərbaycanın Qarabağa guya İŞİD-çi göndərməsi barədə məlumatını yada salır. Azərbaycan bu informasiyanı qətiyyətlə təkzib etdi. «Obyektiv yanaşsaq, Azərbaycanın İŞİD döyüşçülərinə ərazisindən keçməyə imkan verməsi məntiqsizdir. Azərbaycan şiə dövlətidir və ABŞ-la «İslam Dövləti»nə (İŞİD) qarşı kampaniyada əməkdaşlıq edir. Çünki radikal islamçılar Əliyev rejiminə təhlükə yaradır», -yazan müəllif vurğulayır ki, Putin Suriyada Bashar al-Assad-ın mövqeyini möhkəmləndirməkdən ötrü İŞİD-lə mübarizədən bəhanə kimi yararlandı. İndi eyni bəhanəylə Cənubi Qafqazda hərbi iştirakını genişləndirə bilər. Ermənistanla Azərbaycanı təhlükəsizlik baxımından özündən asılı duruma salmaqla Moskva regionda rəqiblərini – Birləşmiş Ştatları və Türkiyəni də zəiflətmiş olar.

3) Münaqişə dondurulmuş qalarsa, Rusiyanın Cənubi Qafqaza təsiri maksimum səviyyədə saxlanmış olar. Müəllif iddia edir ki, Rusiyaya dondurulmuş münaqişə gərəkdir və bunun 3 səbəbi var. a) Bu durum Rusiyanın Ermənistan üzərində hegemonluğunun saxlanmasına imkan verir. Son toqquşmalar göstərdi ki, Yerevan daima Rusiya silahıyla silahlanmalıdır. Kreml də Ermənistana silah satmaqdan, hətta qiymətdə endirim etməkdən məmnundur. b) Dondurulmuş münaqişə Türkiyənin hərbi baxımdan mühasirədə qalmasına şərait yaradır. Rusiya Ukrayna, Suriya və Ermənistanda hərbi iştirakını saxlayır və nəzəri baxımdan, Ankara təhlükəsizliyinə hədə yaradarsa, Türkiyəni dərhal vura bilər. c) Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın NATO üzvlüyünə yolunu aça bilər. 2007-ci ildə sızmış «WikiLeaks» diplomatik teleqramları göstərdi ki, Azərbaycanın siyasi elitası NATO üzvlüyünə tərəfdardır, ancaq bu yöndə istənilən addım münaqişənin həllindən keçir. Prezident Əliyev Avrasiya İqtisadi Birliyinə üzvlüyü rədd edib. Deməli, Rusiya Azərbaycanın başqa bir quruma da üzvlüyünü istəməyəcək. Bunun üçünsə Qarabağda münaqişə davamlı qalmalıdır.

«Qısası, Dağlıq Qarabağda son döyüşlərin səngidilməsində Putin özünü sülh agenti kimi göstərə bildi. Lakin Rusiyanın hərəkətləri və daha böyük strategiyasına əsasən demək olar ki, Putin Qarabağda sülh deyil, sabitsizlik istəyir. Bu məqam, üstəgəl, Ermənistan və Azərbaycan liderlərinin güzəştə getmək istəməməsi yaxın gələcəkdə Dağlıq Qarabağda sülhün yalnızca uzaq bir illüziya olduğunu göstərir».

Gürcüstanda hərbi təlimlər
Gürcüstanda hərbi təlimlər

«PROQRAM MENECERİ»

Eurasianet.org saytında isə Joshua Kucera Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi əməkdaşlığı genişləndirmək niyyətindən söz açır. Tərəflər neft və qaz kəmərlərinin qorunması məqsədilə birgə hərbi təlim keçirmək istədiklərini də dilə gətiriblər.

Müəllif bu alyansın 2012-ci ildə yarandığını, birgə təlimlərin anonsunun 2014-cü ildə də verildiyini, ancaq indiyədək elə bir dəyişikliyin baş vermədiyini qeyd edir. Qafqaz üzrə təhlilçi Michael Cecire deyir ki, üçtərəfli müdafiə əməkdaşlığı ambisiyası yüksəkdir, amma heç bir ölkə bunu həqiqətən də irəli aparmır deyə, reallığa çevrilə bilmir.

«Üçtərəflilik ilk dəfə 2012-ci ildə regional platforma kimi ortaya çıxdı. Onda Tbilisi və Bakı doğrudan da bunu istəyirdi. Gürcüstanın keçmiş müdafiə naziri Irakli Alasania-nın bununla bağlı böyük planları vardı. Amma sonradan həm Gürcüstanda, həm də Azərbaycanda müdafiə nazirləri dəyişdi. Yəni, indiki əməkdaşlığı böyütmək üçün «proqram meneceri» yoxdur. Əgər bu üçtərəfli əməkdaşlığa bir təkan veriləcəksə, bu, Gürcüstanda növbəti seçkilər və yeni hökumət formalaşandan sonra həyata keçə bilər. Ancaq onda da, ola bilsin, yeni hökumət daha «tipik» müdafiə məsələlərinə, məsələn, NATO və ABŞ-la münasibətlərə, Rusiyayla əlaqələrin saxlanmasına köklənsin», - təhlilçi vurğulayır.

Keçi
Keçi

KEÇİYƏ «OBAMA» ADI QOYDULAR

Rusiyada bir zooparka yeni gəlmiş keçiyə ABŞ prezidenti Barack Obama-nın adını qoyublar. Primorski Safari Parkı adlanan zoopark bu keçini Soçidə bir fermerdən alıb. «Newsweek» yazır ki, zooparkın direktoru Dmitry Mezentsev keçini qəbul etməkdən ötrü Soçiyə uçub. Heyvanın zooparka necə gətirildiyinin videosunu da yayıblar.

Mezentsev deyib ki, o, keçini Soçidə gəzdirib, Olimpiya obyektlərinə aparıb və hətta prezident Vladimir Putin-in iqamətgahına da getməyə cəhd göstərib. Ancaq Putin «keçilərlə görüşmədiyindən» «Obama»nı geri qaytarıblar.

Bu zooparkda başqa bir keçiyə Almaniya kansleri Angela Merkel-in adını veriblər. «Merkel-in avropalı həmkarları David Cameron, François Hollande və Matteo Renz-nin də eyni «şərəf»ə layiq görülüb-görülməyəcəyi bəlli deyil», - yazıda vurğulanır.

Rusiyanın «Slavitsa» şirkəti mayın əvvəlində «Obamka» adlı şokoladlı dondurma buraxıb. Bu addım irqçilik kimi yozulduğundan, şirkət ötən həftə məhsulu yığışdırmalı olub.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Cəbrayıl - Erməni tərəfinin yaydığı görüntülər

XS
SM
MD
LG