Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 01:31

Sorğu: Günü bugün seçki olsa, Putinə yalnız 38 faiz səs verilər


Rusiyada Levada ictimai rəyi öyrənmə mərkəzinin keçirdiyi ən son sorğunun nəticələrində deyilir ki, əgər bu həftəsonu seçki keçirilərsə, Vladimir Putinə respondentlərin cəmi 38 faizi səs verməyə hazırdır.

Bu, 2014-cü ildən bəri Putinə səs verməyə hazır olanların ən aşağı göstəricisidir. 2014-cü ildə Rusiya prezidentinə rəyi soruşulanların 49 faizi səs verməyə hazır idi.

Putinə səs vermək istəyənlərin ən böyük göstəricisi - 57 faiz 2018-ci ildə qeydə alınmışdı.

Levadanın son rəy sorğusuna görə respondentlərin səs verməyə hazır olduqları ikinci ən populyar siyasətçi Vladimir Zhirinovsky-dir. Ona repondentlərin 4 faizi səs verməyə hazırdır.

Ona elə 2014-cü ildə də bu qədər respondent səs verməyə hazır idi.

Medvedevin dəstəyi 1 faizdir

2018-ci ildən rəy sorğularına ilk dəfə olaraq Pavel Grudininin adı daxil edilib. O vaxt ona respondentlərin 5 faizi səs verməyə hazır idi. Son sorğuda bu rəqəm 3 faizə düşüb.

Levadanın sorğusunda müxalifət lideri Alexei Navalny və Rusiya kommunistlərinin başçısı Gennady Zyuganov ikinci pilləni tutublar.

Onların hər birinə respondentlərin 2 faizi səs verməyə hazırdır.

Vəzifəsindən yenicə istefa etmiş keçmiş baş nazir Dmitry Medvedevin göstəricisi 1 faizdir.

Rəyi soruşulanların 20 faizi dövlət başçısı barədə qəti mövqeyə malik deyil. Daha 22 faiz seçkidə ümumiyyətlə iştirak etmək istəmir.

Bu rəy sorğusu şəhər və kənd yerlərində, 18 yaşından yuxarı olanların arasında aparılıb. Sorğunun şərtlərinə görə respondentlər özlərinin səs vermək istədikləri siyasətçinin adını çəkməliydilər.

Onlara yalnız bir siyasətçini seçmək şərti qoyulmuşdu.

Kreml izahat istəyirsə...

2019-cu ilin mayında Rusiyanın rəsmi ictimai rəyi öyrənmə mərkəzinin apardığı sorğu göstərmişdi ki, Vladimir Putinə səs vermək istəyənlərin sayı ən aşağı həddinə - 31, 7 faizə düşüb. Bu, son 13 ilin ən aşağı göstəricisi idi.

Bu sorğunun nəticələrri elan ediləndən bir neçə gün sonra Putinin sözçüsü Dmitry Peskov demişdi ki, Kremldə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzindən son sorğunun nəticələrinə dair izahat gözləyirlər.

Peskov bildirmişdi ki, Putinin elektorat faizinin artması ilə yanaşı, ona etimad faizi necə düşə bilər.

Mərkəz mayın 31-də ondan gözlənilən “izahatı” vermişdi. Bu “izahatda” deyilirdi ki, Putinin reytinqi əslində 72, 3 faizdir.

2019-cu ilin noyabrında da Vladimir Putinə rusiyalıların rəğbəti xeyli azalaraq cəmi 24 faizə düşmüşdü.

XS
SM
MD
LG