Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Rusiyada Putinə etimad rekord səviyyəyə enib


Rusiyanın İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSIOM) martın 7-də açıqladığı nəticələrə görə Rusiya prezidenti Vladimir Putinə etimad 32 faizə düşüb. Bu, 2006-cı ildən bəri ən aşağı səviyyədir.

Bu da qeyd olunmalıdır ki, bu mərkəz dövlət tərəfindən maliyyələşdirlir.

Eyni qurumun bundan əvvəl yanvarda keçirdiyi rəy sorğusu Putinə etimadı 33, 4 faiz səviyyəsində göstərmişdi.

Bu rəy sorğusunun fevralın 25-i ilə martın 5-i arasında, Putinin fevralın 20-də etdiyi illik ənənəvi xalqa müraciətindən sonra keçirildiyi vurğulanır.

Rusiyada bir çoxları prezidentin bu nitqindən əsas məqsədin hökumətin son illərdə bərbadlaşmış imicinin yaxşılaşdırılması cəhdi kimi qiymətləndiriblər.

Populyar Kommersant qəzeti yazır ki, Putinin builki çıxışına da 2014-dən bəri ilk dəfə olaraq ən sayda tamaşaçı baxıb.

Xatırlatma

Rusiya mediası ötən yanvarda yazırdı ki, son iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinə etimad 3 faiz azalaraq 33,4 faizə düşüb.

Bunu “Ümumrusiya İctimai Rəy Tədqiqatlar Mərkəzi”nin yanvarın 9-13 arası keçirdiyi sorğunun nəticələri göstərir.

Mərkəz sorğunun nəticələrini yanvarın 18-də açıqlayıb və bu, mərkəzin tarixində ən aşağı göstəricidir.

Mərkəzin məlumatına görə, 2018-ci ilin sonlarında pensiyaya görə yaş həddinin qaldırılması haqqında qanunun qəbulundan sonra Putinin reytinqi 35-37 faiz arasında hərəkət edirdi. Hansı ki, həmin ilin martında bu göstərici 55 faizdən çox idi.

Amma Mərkəz bildirir ki, bu o demək deyil ki, Rusiyalıların çoxu Putini istəmir.

Mərkəzin məlumatına görə, Putin yenə də ölkədə ən yaxşı siyasətçi hesab olunur və rəyi soruşulanların 62 faizi ümumilikdə onu dəstəkləyir.

Amma son vaxtlar bu göstərici də aşağı düşür.

Başqa bir agentlik- FOM-un (İctimai rəyin formalaşması faktorları) yanvarın 19-da açıqladığı məlumatına görə isə son ayda Rusiya hakimiyyətindən narazı qalan və ya hiddətlənənlərin sayı artaraq 54 faizə çatıb.

Hansı ki, bu göstəriciötən ilin mayında 36 faiz idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG