Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:39

Rusiyada ailələrin yarısı yalnız yeməyə və geyimə pul çatdırır


Arxiv fotosu
Arxiv fotosu

Rusiyada ailələrin yarıya qədəri deyir ki, yalnız yeməyə və geyimə pul çatdırırlar, mebel, məişət cihazları kimi daha uzunmüddətli istifadə əşyalarını ala bilmirlər. Bunu Rusiya mediası Rosstat dövlət statistika agentliyinə istinadla yazır.

RBK media orqanı Rosstat-ın 2018-ci ili dördüncü rübünü əhatələyən hesabatına istinad edir. Rəyi soruşulan ailələrin 48,2 faizi deyib ki, yalnız ərzaq və geyim ala bilirlər, smartfon, yaxud yeni soyuducu kimi əşyalara pul çatdırmırlar.

Ötən ilin eyni dövründə təxminən 49,8 faiz belə demişdi. RBK statistikanın 48 min ailəni əhatələdiyini bildirir.

Yemək və geyimdən başqa çox şeyə pul çatdırmadığını deyənlərin böyük hissəsi gənc ailələrdir, təxminən 59,2 faiz. 57,9 faiz isə təqaüdçü olduğunu deyib.

15 faiz respondent yalnız ərzaq ala bildiyini, geyim, kommunal xidmətlər, məişət cihazlarının əlçatan olmadığını söyləyib.

Vladimir Putin
Vladimir Putin

Putinin populyarlığı azalır

Rusiyadakı iqtisadi çətinliklər Prezident Vladimir Putinin populyarlığına zərbə vurub. Onun 2000-2008-ci illərdəki prezidentlik dövründə ölkədə güclü artım vardı, bu da daha çox neft-qaz ixracı hesabınaydı.

Neftin ucuzlaşması, Rusiyanın Ukraynaya müdaxiləsinə görə Qərbin qoyduğu sanksiyalar artımı yavaşıdıb.

2018-ci ili birinci rübündə ÜDM artımı 0,5 faizə, 2017-ci ildən bəri ən aşağı səviyyəyə enib ki, bu da hökumətin proqnozlarını doğrultmayıb.

Putini ölkənin vacib problemlərini həll edəcək siyasətçi kimi görən rusiyalıların sayı 31,7 faizə düşüb. Bunu VTsIOM dövlət agentliyinin keçirdiyi rəy sorğusu ortaya qoyub. Bu, 2006-cı ildən bəri ən aşağı göstəricidir.

Rəy sorğusuna görə, respondentlərin 65,8 faizi prezident kimi Putinin hərəkətlərini dəstəklədiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG