Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 17:37

Lənkəran Universitetində narazılıq


arxiv foto

Lənkəran Dövlət Universitetində (LDU) fevralın 21-də bir qrup tələbənin toplaşıb şikayətlərini dilə gətirdikləri bildirilir.

Azadlıq Radiosuna verilən məlumata görə, universitetdə tədbiq edilən yeni sistemdən sonra bəzi tələbələr imtahanlardan keçməyin çətinləşdiyini iddia edirlər. Həmin iddialara görə, davamiyyət balının və sərbəst işlərin ləğvi onlara problem yaradır.

“İstər sərbəst işlərdən, istər dərsə davamiyyətdən tələbələrə əlavə ballar gəlirdi və bu da nəticələrə əlavə olunurdu. İndi bu sistem götürülüb və tələbələr də buna etiraz ediblər”.

Bunu LDU-nin adının çəkilməsini istəməyən tələbələrindən biri bildirib.

O, əlavə edib ki, bundan sonra verdikləri kollokvium imtahanlarının ( imtahan qabağı tələbələrin biliyinin öyrənilməsi-r) sayı artır:

“Etiraz da əslində elə bundan irəli gəlirdi ki, daha asan yolla bal əldə etmək mümkün idi, indi bu imkan “əldən çıxır””.

Onun deməsinə görə, universitetin dekanları tələbələr arasında izahat işləri aparıblar.

Hələlik, bu deyilənlərə Lənkəran Dövlət Universitetinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG