Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:03

'Lələtəpə məsələsi başçıya çatdırılacaq...'


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

Lələtəpədən qəlpələrlə dönən gizirin sonrakı həyatı

Bu il aprel döyüşlərində yaralanan gizir Fəzail Quliyev ağır sürən həyatından bəhs edir.

Buna da bax:​ ‘Aprel döyüşləri Azərbaycan ordusunun gücünün təsdiqi idi’

Beyləqan rayonunun Əmir Zeyidli kəndində yaşayan gizir son döyüşlərdə yaralanaraq əmək qabiliyyətini tamamilə itirib. Hospitalda canındakı qəlpələrlə çarpışan gizir rahatlıq tapa bilmir. Həm can ağrısı, həm də başına uçmaqda olan kərpic ev onu əməllicə həyatdan küsdürüb:

«Başımdan, ayağımdan və ağzımdan qəlpə yarası almışam. Buna dözürəm, hər şey torpağa görədir. Ancaq üç azyaşlı övladımdan sarı narahatam. Onlar evdə çox ağır, acınacaqlı durumda qalıblar. Bundan sonra onları necə saxlayacağımı bilmirəm. Çiy kərpicdən tikilmiş köhnə evimiz başımıza dağılmaq üzrədir. Bunu icra hakimiyyətində də bilirlər. Heç olmasa, bu günümüzdə əl tutsunlar».

«Aprelin 2-də Lələtəpə döyüşlərində yaralanmışam. Yaşadığım acınacaqlı şərait məni həm fiziki, həm mənəvi baxımdan sıxır».

ÖZÜ HOSPİTALDA, UŞAQLARI QƏZALI EVDƏ

Deyir, Beyləqan rayon İcra Hakimiyyətinə müraciətləri cavabsız qalıb:

«Mən hospitalda canımla, uşaqlarım qəzalı evdə həyatları ilə əlləşirlər. Heç kəs kömək etmir. Düzdür, müalicəm normal gedir, ancaq ailəmdən nigaranam».

Buna da bax:​ Tərtər icra başçısı aprel döyüşlərindən danışır

Beyləqan rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, gizir Fəzail Quliyevin ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün günü sabahdan (sentyabrın 16-dan – red.), necə deyərlər, qollarını çırmalayacaqlar. «Məsələ başçıya çatdırılacaq, ailəyə nə yardım lazımdırsa olunacaq», – qurumdan deyilib.

Bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağ cəbhəsində hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Azərbaycan tərəfi həmin əməliyyatlar zamanı işğal altında olan bəzi strateji yüksəklikləri azad etdiyini bildirir. Aprelin 5-də tərəflər Moskvada hərbi əməliyyatların dayandırılması ilə bağlı yenidən razılığa gəliblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG