Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Tərtər icra başçısı aprel döyüşlərindən danışır


Nagorno-Karabakh -- A man looks at the roof of a house, which was damaged during clashes between Armenian and Azeri forces, in the village of Garagoyunlu, outside Terter, April 4, 2016

Nagorno-Karabakh -- A man looks at the roof of a house, which was damaged during clashes between Armenian and Azeri forces, in the village of Garagoyunlu, outside Terter, April 4, 2016

«Ermənistan silahlı bölmələri aprelin 27-dən 28-nə keçən gecə Tərtər rayonunda yalnız mülki əhalinin kompakt yerləşdiyi əraziləri iriçaplı silah və artilleriya atəşinə tutublar».

Bunu Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Trend-ə deyib.

İcra başçısı bildirib ki, Ermənistan silahlı birləşmələri şəhərin mərkəzini və təmas xəttindəki kəndlərdə mülki şəxsləri hədəfə alıb.

«Mülki əhali həm iriçaplı silahlardan, həm 120 mm minaatanlardan, həm də ağır artilleriyalardan atəşə tutulub. Dünən (27 aprel) 11 yaşayış məntəqəsi və şəhərin mərkəzi atəşə tutuldu. Nəticədə 58 ev, 1 orta məktəb və digər inzibati binalar ciddi zədələnib. Ümumiyyətlə, aprel ayı ərzində Tərtərdə onların ağır artilleriyalardan açdığı atəş nəticəsində 256 ev və inzibati binalara ciddi ziyan dəyib. Ermənistan hərbiçiləri əsasən dinc sakinlərin məskunlaşdığı əraziləri atəşə tuturlar. Tərtərə və kəndlərə əsasən Ağdərə istiqamətindən atəş açılır» - deyə icra başçısı bildirib.

İcra başçısı bildirib ki, aprel ayı ərzində Tərtərdə 16 nəfər dinc sakin Ermənistan hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub. 7 nəfər isə yaralanıb. Yaralıların içərisində yaşlı insanlar, qadın və 13 yaşlı uşaq da var.

M.Məmmədov Tərtər rayonunun kəndlərini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasının da atəşə tutduğunu deyib.

«Nəticədə 20 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Artıq kəndlərə elektrik enerjisinin verilməsi təmin edilib. Ötən gecə şəhərin 6 saylı orta məktəbinin həyətinə də iki «Qrad» mərmisi düşüb və orta məktəb iriçaplı silahlardan atəşə tutulub. Hadisə gecə saatlarında baş verdiyindən orta məktəbdə heç kim olmayıb» - deyə icra başçısı xəbər verib.

Bu gecə artilleriya zərbələri nəticəsində Ağdam rayonunda isə iki mülkü şəxsin öldüyü bildirilir.

Aprelin 2-dən 5-nə kim davam edən hərbi əməliyyatlarda da Ağdam rayonunda mülkü insanlar arasında ölən və yaralananlar olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG