Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 06:54

Krımda həbs olunan jurnalistin məhkəməsi başlayıb


arxiv foto

Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist Mykola Semena-nın məhkəməsi olub. Aprelin 18-də qısa məhkəmə iclasından sonra proses mayın 3-nə təxirə salınıb.

Bu günkü prosesdə şahidlərdən biri Semena-ya qarşı ifadə verib. Prokurorluğun şahid kimi işə cəlb etdiyi digər iki nəfər prosesə gəlməyib.

Semena aprelin 17-də AzadlıqRadiosuna deyib ki, ona qarşı sürülən ittihamlar hüquqi yox, siyasidir.

Mykola Semena separatçılıqda ittiham olunur. O, Moskvanın yarımadanı tutmasını tənqid edən məqaləsində yarımadanın ukraynalı fəallar tərəfindən blokadasına dəstəyini bildirmişdi.

Beynəlxalq ictimaiyyət Rusiyadan jurnalistə ittihamları ləğv etməyə çağırır.

66 yaşlı Semena-nın məqaləsi 2015-ci ildə AzadlıqRadiosunun «Krym.Realtii» (Krım Reallıqları) saytında dərc olunmuşdu.

Jurnalistin Krımdan çıxması yasaqlanıb, Simferopoldan kənara çıxmağa da icazə almalıdır.

Hazırda Krımda 30-dan artıq Ukrayna vətəndaşı ya həbsxanadadır, ya da hərəkət azadlığı məhdudlaşdırılıb. Avropa Parlamenti ötən həftə qəbul etdiyi qətnamədə Moskvanı həmin şəxsləri azad etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG