Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:57

Məhkəmə Skif qızıllarının Ukraynaya qaytarılmasına qərar verdi


Skif qızıllarından bir eksponat - Qızıl bazubəndin fraqmenti

“Krım – Qara dənizin qızılları və sirləri” adlı sərginin eksponatları ətrafında mübahisə 2014-cü ildən davam edir

Amsterdamın Apellyasiya Məhkəməsi Ukraynanın Krımdakı muzeylərinin “Skif qızılları” kimi tanınan eksponatlarının Kiyevə qaytarılmasına dair qərar çıxarıb.

Rusiyanın ilhaq etdiyi Krımdakı muzeylərin nümayəndələri eksponatların onlara qaytarılmasını tələb edirdilər.

Bu barədə məlumatı Niderlandın ictimai televiziyası yayıb.

“Krım – Qara dənizin qızılları və sirləri” adlı sərginin eksponatları ətrafında mübahisə 2014-cü ildən davam edir.

Ukrayna hökuməti Skif qızılları sərgisinin eksponatlarını mübahisə müddətində saxlanmaq üçün Niderland Mədəniyyət Nazirliyinə verib və onların Ukraynaya qatytarılmasını tələb edir.

Krım muzeyləri isə israr edirdilər ki, sərginin keçirilməsinə dair müqavilədə eksponatların Rusiya tərəfindən ilhaq olunmuş yarımadaya qaytarılması nəzərdə tutulub.

2016-cı ilin dekabrında Amsterdamın dairə məhkəməsinin qəbul etdiyi qərarda deyilirdi ki, muzeylərə Krımın ilhaqından əvvəl verilmiş eksponatlar Ukraynaya məxsusdur.

Dövlətin və muzeyin marağı

Bu qərardan şikayət üzrə işə baxılması 5 il müddətində davam edib. Məhkəmə bir neçə dəfə təxirə salınıb.

Muzey praktikasına görə hər hansı sərgiyə çıxarılan eksponatlar sərgidən sonra həmin muzeylərə qaytarılmalıdır.

Amma Ukraynanın Mədəniyyət Nazirliyi ilhaq ərəfəsində qızıl eksponatları Krımn muzeylərindən çıxararaq Kiyevdəki Ukrayna tarixi muzeyinin balansına köçürüb.

Məhkəmənin qərarında deyilir ki, Kiyev ilhaq kimi fövqəladə bir şəraitdə qızıl ekponatları muzeylərdən çıxarmaq səlahiyyətinə malik olub, lakin qızıllar yarımadada vəziyyət stabilləşdikdən sonra Krım muzeylərinə qaytarılmalıdır.

Amsterdam hakiminin qərarında deyilir ki, dövlətin mədəmniyyət maraqları muzeylərin maraqlarından üstün tutulmalıdır.

Qızıl qolbağ
Qızıl qolbağ

Zelenski: “Krımı da qaytaracağıq”

Krımın Rusiya administrasiyasının rəhbəri Sergey Aksyonov Amsterdam məhkəməsinin qərarını “reyder qəsbkarlığı” adlandırıb:

"Krım torpağında tapılmış Skif qızılları burada yüzilliklər boyunca torpaq altında yatıb. Onlar Krımın tarixi və mədəni irsinin alınmaz tərkib hissəsi, bütün krımlıların sərvətidir”.

Ukrayna prezidenti Volodimir Zelenski isə Twitter-də yazıb:

"Biz həmişə özümüzünkü olanı qaytarırıq. Krımı da qaytaracağıq”.

Xəbər verilir ki, Amsterdam məhkəməsinin qərarından şikayət edilə bilər. Məhkəmə qərarı qüvvəyə minənədək qızıllar Niderlandda saxlanacaq.

Ukraynanın baş naziri Denis Şmıqal deyib ki, Skif qızılları “Sofiya Kiyevskaya” milli qoruğunda ekspozisiya edilə bilər.

XS
SM
MD
LG