Çin hökuməti: 'Epidemiyanın pik səviyyəsini ötüşdürdük'
Çin elan edib ki, virusla bağlı pik nöqtəni ötüşdürüblər və ilk dəfədir ki, Hubeydə yeni hallar artıq təkrəqəmlidir. Halbuki, dünya üzrə virus hallarının üçdə ikisi Çinin mərkəzi Hubey vilayətində qeydə alınmışdı. Amma son aylar yoluxma hallarının əksəriyyəti Çindən kənarda baş verir.
İranla sərhəd daha 2 həftə bağlı qalacaq
Azərbaycanın İranla sərhədinin bağlanması müddəti uzadılıb.
Bununla bağlı martın 12-də Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Məlumatda bu addım Ümumdünya Səhiyyə Təşkilatının koronavirus infeksiyasını (COVID-19) qlobal pandemiya elan etməsi və Azərbaycan ərazisində virusun yayılmasının qarşısını almaq məqsədi ilə izah edilir.
Azərbaycanda koronavirusdan ilk ölüm
Azərbaycanda koronavirusa yoluxmuş bir şəxs vəfat edib.
Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah martın 12-də məlumat yayıb.
Qərargahdan verilən məlumatda bildirilir ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib...
Azərbaycanda koronavirusa yoluxanların sayı 19-a çatıb
Daha 4 Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah martın 13-də məlumat yayıb.
Məlumatda yazılıb ki, İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb: "Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır..."