Koronavirus kabusu həbsxanalarda da dolaşır?
Sosial şəbəkələr həbsxanalarda da bir neçə məhkumun koronavirus şübhəsiylə karantində saxlanması barədə məlumat yayıb. Özəlliklə 8 və 17 saylı cəzaçəkmə müəssisələrinin adı çəkilir. Bu müəssisələrdə toplam 5 nəfərin karantin altında saxlandığı iddia edilir.
Koronavirus təhlükəsi martın 6-dan bəri Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə məhkumlarla görüş və sovqat qəbuluna da təsir göstərib. İstər məhkumlarla görüş, istərsə sovqat qəbulu dayandırılıb.
İtaliyadan qayıdan Azərbaycan vətəndaşları karantinə alınıb
Prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar: "Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb".
Şadlıq evlərinə, restoranlara toy qadağası qoyulsun, ya yox?
Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ucbatından toy, şənlik və digər kütləvi məclislərin ertələnməsini tövsiyə edib. AzadlıqRadiosu bir neçə şadlıq sarayı və restoranla əlaqə saxlayaraq müştərilərin bu tövsiyəni nəzərə alıb-almaması ilə maraqlanıb.
Onların hamısı təxminən eyni cavabı verib: «Operativ qərargah tövsiyə verdiyinə görə, toyu və ya başqa sifarişləri ertələməyə heç kim tələsmir». Üstəlik, hamılıqca bildirirlər ki, infeksiyanın yayılmaması üçün dezinfeksiya və təmizlik işləri aparırlar...