Şimali Koreya mayın 4-də qısamənzilli raketlərin sınağını keçirib.
Bu barədə AzadlıqRadiosu Reuters və digər xarici informasiya agentliklərinə istinadla xəbər verir.
Raketlərin Yapon dənizinə düşdüyü bildirilir.
Məlumatı Cənubi Koreyanın müdafiə nazirliyi də təsdiqləyib.
Şimali Koreya lideri Kim Jong un aprelin ortalarında “İdarəedilən tatkitiki raketin” sınağında iştirak etmişdi.
Amerikalı ekspertlərin fikrincə bu sınaqıar, Pxenyanın nüvə proqramı ilə bağlı ABŞ-la uğursuz danışıqlar fonunda, Vaşinqtona təzyiq məqsədilə keçirilir.
Bu ilin fevralında keçirilən ikinci ABŞ-Şimali Koreya sammiti heç bir nəticə vermədi.
Şimali Koreya prezidenti Kim Jong Un sanksiyaların azaldılması əvəzində nüvə obyektlərinin məhv edilməsi ilə razılaşmadı.
Şimali Koreya mətbuatı yazır ki, ölkə sakinləri “hava və su ilə yaşamağa hazırdır”, amma təzyiqlərə boyun əyməyəcək.
Pxenyan Vaşintona “çeviklik göstərmək üçün ilin sonunadək vaxt verib”,əks halda o, öz təhlükəsizliyini təmin etmək üçün “ başqa vasitə tapacaq” deyə məlumatda bildirilir.
Analitiklər hesab edirlər ki, söhbət qadağan edilmiş silahların sınağının bərpasından gedə bilər.
Şimali Koreya 2017-ci ilin noyabrından nüvə və qitələrarası ballistik raketlərin sınağına qoyulmuş qadağaya əməl edir.
İndiki sınaq bu qadğanı pozmur, amma The New York Times, Vaşinqtonla Pxenyan arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı ABŞ prezidenti Donald Trump-ın iddialarını şübhə altına alır.