Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:29

Trump-Kim sammitinə son hazırlıqlar gedir


Donald Trump Sinqapurda, 10 iyun, 2018-ci il
Donald Trump Sinqapurda, 10 iyun, 2018-ci il

İyunun 11-də ABŞ və Şimali Koreya rəsmiləri Sinqapurda görüşərək iki ölkə liderinin sammitinə son hazırlıqları müzakirə edəcək. ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong Un-la sabah-iyunun 12-də görüşməlidir.

Ağ evin mətbuat katibi Sarah Huckabee Sanders deyib ki, bugünkü danışıqlarda ABŞ tərəfinə Filippindəki səfir rəhbərlik edəcək.

İyunun 10-da Trump-la Kim Sentosa kurort adasına gediblər.

Sammitdə Pxenyanın nüvə silahları, Koreya yarımadasını nüvəsizləşdirmə cəhdlərinin müzakirə olunacağı gözlənir.

***

ABŞ prezidenti Donald Trump iyunun 10-da-Şimali Koreya lideri Kim Jong Un-dan bir neçə saat sonra Sinqapura gedib.

İyunun 12-də Sinqapurda bu iki ölkə liderinin görüşü olacaq.

ABŞ prezidentini səfər zamanı Dövlət katibi Mike Pompeo və milli təhlükəsizlik məsələləri üzrə müşavir John Bolton müşaiyət edir.

Qeyd edək ki, bundan bir qədər əvvəl Şimali Koreya prezidenti Kim Jong Un-da Sinqapura çatıb.

Kim Jong Un elə həmin gün Sinqapurun baş naziriLee Hsien Loong-la görüşəcək.

ABŞ prezidenti Donald Trump Sinqapura “Böyük yeddilər” ölkələrinin Kanadada keçirilən sammitindən ayrılaraq yollanıb.

"Böyük yeddilər" ölkələrinin liderləri.Kanada
"Böyük yeddilər" ölkələrinin liderləri.Kanada

​Donald Trump-la Kim Jong un arasında keçiriləcək görüşdə əsasən Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi müzakirə olunacaq.

ABŞ prezidenti iyunun 9-da bildirib ki, Sinqapurda Şimali Koreya lideri Kim Jong Un-la görüşü Pxenyan üçün “birdəfəlik” şans olacaq. Amma qeyd edib ki, “özünü doğurdan da çox inamlı” hiss edir.

O, həmçinin qeyd edib ki, Şimali Koreya liderinin nüvə silahından imtinaya ciddi yanaşmasını “ilk dəqiqələrdə” biləcək.

Onu da qeyd edək ki, bu Şimali Koreya liderinin 2011-ci ildə hakimiyyətə gəlməsindən bu yana ikinci rəsmi xarici səfəridir.

O, ilk xarici səfərini bu ilin mayında Çinə edib.

Sinqapurun “Strairs Timüs” qəzeti yazır ki, Kim Jong Un üçün xüsusi reyslə Şimali Koreyadan ərzaq və bir neçə xüsusi avtomobil gətirilir.

Qeyd edək ki, Sinqapur dünyanın ən təhlükəsiz ölkələrindən biridir və Şimali Koreyanın orda səfirliyi var.

Buna da bax: "Putin: Şimali Koreya təhlükəsizlik təminatı istəyir"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG