Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:02

Putin: Şimali Koreya təhlükəsizlik təminatı istəyir


Almaniyada karnavaldan foto, 2016-cı il

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edir ki, Birləşmiş Ştatlar Pxenyanın nüvə silahlarından əl çəkməsini istəyirsə, Şimali Koreyaya “mütləq” təhlükəsizlik təminatı verməlidir.

Putin iyunun 6-da, Pekinə səfərindən öncə Çinin dövlət televiziyasına müsahibə verib. O, ABŞ prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong Un arasında iyunun 12-nə planlaşdırılan görüşün müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Putin Pxenyanın sammitdən öncə atdığı “misli görünməmiş” addımları alqışlayıb. Buraya nüvə və raket sınaqlarının təxirə salınması, nüvə sınağı meydançasının bağlanması daxildir.

Rusiya lideri Trump-ın Kim-lə görüşmək kimi “cəsarətli və yetişmiş” qərarını da alqışlayıb. Ancaq onu da deyib ki, Şimali Koreya nüvə silahlarından tam əl çəkməsindən ötrü “mütləq təhlükəsizlik təminatları” tələb edəcək.

“Özəlliklə də Liviyadakı faciəvi hadisələrdən sonra başqa cür ola da bilməz”, – Putin deyib.

Liviya lideri Muammar Qaddafi nüvə silahlarından əl çəkməyə razılaşandan sonra yerli üsyançılar NATO qüvvələrinin köməyi ilə onu devirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG