Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:33

Universitetdəki yangında 9 nəfər zəhərlənib


İllüstrasiya
İllüstrasiya

Kooperasiya Universitetində baş verən yanğında 9 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında belə deyilir.

Zəhərlənənlərin 4-ünün müəllim, 5 nəfərinsə abituriyent olduğu bildirilir. Onlar Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıblar.Tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Nazirlik yanğının universitetin idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlüklərdə başladığını bildrilir. Ümumilkdə 150 m2 sahə yanıb.

***

Dövlət İmtahan Mərkəzi bu gün yanğın hadisəsi baş verən Kooperasiya Universitetində abituriyentlər üçün keçirilən qəbul imtahanları ilə bağlı məlumat açıqlayıb.

DİM-dən APA-ya verilən məlumatda bildirilir ki, bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Nərimanov rayonunda, Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

Qeyd olunub ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də dərhal yanğın baş verən əraziyə gəlib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub:

"Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün imkan yaradılacaq".

Bakıda Kooperasiya Universitetinin binasında baş vermiş yanğının söndürüldüyü bildirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb.

***

Bu gün, iyulun 22-si günortaya yaxın Bakıda Kooperasiya Universitetinin binasında yanğın baş verib

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

“İlkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb ”,deyə nazirliyin məlumatında bildirilir.

Bu gün, iyulun 22-də 2017/2018-ci tədris ili üzrə ölkənin ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG