Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:22

İmtihan bitdi, cavablar 3-4 günə bilinəcək


İllüstrasiya
İllüstrasiya

İyulun 22-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilir ki, imtahan 11 şəhərdə, ümumilikdə 55 binada aparılıb. İmtahan prosesinin idarə olunmasından ötrü operativ qərargah fəaliyyət göstərib.

Məlumatda bildirilir ki, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədiklərindən imtahana buraxılmayıblar. Bundan başqa, köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, köçürməyə cəhd edən abituriyentlər imtahandan xaric olunublar. Belə abituriyentlərin dəqiq sayı açıqlanmır.

İmtahan suallarının düzgün cavablarını bu gün, iyulun 22-də axşam televiziya ilə DİM-in əməkdaşları açıqlayacaqlar. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin internet saytında və facebook səhifəsində də yerləşdiriləcək.

DİM iyulun 23-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalının aparılcağını, imtahanın nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsinin nəzərdə tutulduğunu bildirib.

DİM-in məlumatına görə,Iqrup üzrə 23 min 510, IV qrup üzrə isə 4 min 451 abituriyentin imtahan verməsi nəzərdə tutulurdu.

Abituriyentlərdən 25 min 500 nəfəri Azərbaycan, 2 min 461 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 16 min 437 nəfəri oğlan, 11 min 524 nəfəri isə qızlardır.

İyulun 22-si imtahan zamanı Nərimanov rayonunda, Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə baş verib və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün iştirakçıların imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub:

"Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün imkan yaradılacaq", deyə məlumatda vurğulanıb.

Abituriyentlərin ikinci şansı
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Buna da bax: BDU-da təhsil haqqı artır

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG